“Neftçi” sabiq qapıçısı Conni Leoni haqqında son vaxtlar mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Klubun vitse-prezidenti Tahir Süleymanov Qol.Az saytının müxbiri ilə söhbətində deyib ki, Leoni ailə probleminə görə öz ölkəsinə gedib: “Sonradan o, rəsmi olaraq kluba bildirib ki, müqaviləsi birtərəfli olaraq ləğv edilsin. Leoni Kiprin “Omoniya” klubundan icarə əsasında transfer olunub. Bu barədə Kipr klubunu da rəsmi olaraq məlumatlandırmışıq. Artıq bu futbolçu “Omoniya” klubunun maraq dairəsində olmalıdır”.
Klub rəsmisi Leoninin transfer qiymətinin yarım milyon dollar olması haqda fikirlərə də toxunub: “Bizim klubun qapıları hər kəsin üzünə açıqdır. “Neftçi” Azərbaycanda ilk komandadır ki, UEFA yarışından kluba milyonlarla vəsait qazandırıb. Biz sübut edə bilərik ki, Leoni yarım milyon dollara alınmayıb. Ümumiyyətlə “Neftçi”də yarım milyonluq oyunçu yoxdur”.
T.Süleymanov hazırda əsas heyətdə çıxış edən Saşa Stamenkoviçin layiqli əvəzləyicisinin olduğunu qeyd edib: “Neftçi” bu gün bir sıra gənc yerli futbolçuları heyətində oynadır. Bunlardan biri də qapıçı Emil Balayevdir. O, kifayət qədər istedadlı futbolçudur. Bundan başqa icarə əsasında “Simurq”da oynayan qapıçımız Eyyub Əliyev də var. “Simurq”da çıxış edən Nicat Qurbanov da müqavilə ilə “Neftçi”yə məxsusdur. Həmçinin “Sumqayıt”da oynayan Vitalik Alxasov da “Neftçi”nin gələcəyidir. Məncə, yerli futbolçuları hazırlamaq lazımdır. Legionerlərə üstünlük vermək düzgün deyil. Bu, mənim şəxsi fikrimdir”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər