“Palermo” ilə oyundan sonra geyim otağında bir-birini hovuza basan, şampan şərabı ilə “çimdirən” “Yuventus" oyunçularının görüntüləri artıq internetdə geniş izləmə sayı yığıb. Bütün dünyanın heyran olduğu bu oyunçuların dəlisov hərəkətlərini Yuvesevərlər maraqla izləyir. Yuventus saytı, facebook səhifəsi isə bayram foto və videoları ilə doludur.
“Yuventus”un İtaliyada qələbə paradını açan zebra Wrangler-lərin məxsus olduğu Jeep-dən də xəbər var. Bir il ərzində “Yuventus”u dəstəkləyən Amerika avtomobil brendi Jeep komandaya sponsorluqdan qürur duyduğunu bildirib.
“Yuve İtaliya futbol çempionatının zirvəsinə çatdı. Biz “Yuventus”a böyük həyəcanla azarkeşlik edirdik! Bu, sponsorluğa dəyərdi! Nəticələrə baxdıqda bir il ərzində “Yuventus”u dəstəkləməyimizlə qürur duymaya bilmərik" deyə Jeep qələbə sevincini bildirib.
"2J-ni birlikdə görməyi həyacanla gözləyirik - Zebra Wrangler-in mühərriki işə düşsün və yeni macəra başlasın!" - Jeep bundan sonra da komandanı dəstəkləyəcəyinə bu cür işarə edib.
Qeyd edək ki, Jeep “Yuventus” futbol klubunun rəsmi sponsorudur. Çempionat ərəfəsində “Yuventus” komandasını həvəsləndirmək üçün həyata keçirilən "Onları heç nə dayandıra bilməz" reklam kampaniyasında Jeep-in Yuveyə verdiyi zebra Jeep Wrangler-lə “Yuventus” üzvləri müqayisə edilirdi.
116 illik tarixə malik “Yuventus” bu il 31-ci dəfə İtaliya çempionu oldu.
Yuxarı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu