Rusiyanın gənclərdən ibarət milli komandasının sabiq baş məşqçisi Andrey Çernışov hazırda Moskvanın “Lokomotiv” klubunda oynayan azərbaycanlı futbolçu Aleksandr Səmədovla bağlı maraqlı açıqlama verib.
Qol.Az-ın məlumatına görə, “Sovetski sport”a müsahibəsində o qeyd edib ki, 2004-cü ildə, gənclər arasında Avropa çempionatının final mərhələsində Slovakiya ilə oyun ərəfəsində A.Səmədov qəflətən Azərbaycan millisində oynamaq istədiyini deyib.
“Həmin vaxt o, seçim qarşısındaydı. Saşa bizim millinin heyətində bütün yoxlama oyunlarında iştirak etmişdi. Slovakiya ilə görüşə bir müddət qalmış isə dedi ki, mən Azərbaycan millisini seçib orada oynamaq istəyirəm. Belə başa düşdüm ki, ona yaxşı pul təklif olunmuşdu. Bundan başqa, həmin vaxt Azərbaycan millisi seçmə mərhələdə İngiltərə ilə eyni qrupa düşmüşdü. Yəqin ki, “Uembli” stadionunda oynamaq bu qərarı verməyin əsas səbəblərindən idi”.
Andrey Çernışov qeyd edib ki, Səmədovun bu fikrindən sonra onu Rusiya Futbol İttifaqına çağırıblar. “Futbol agenti Oleq Artemovu məsələyə qoşdular ki, Səmədovu fikrindən danışdırsınlar. Amma o təkid edirdi ki, Azərbaycan millisində oynamaq istəyir. Onun bu istəyi birmənalı idi. Slovakiya ilə oyuna bir neçə gün qalmış isə Saşa qərarını deyişdi. Bildirdi ki, Slovakiya ilə oyunda iştirak etmək istəyir. Mən də dedim: yaxşı ki, bizim komandanı seçdim. Amma mən səni təlim-məşq toplanışına çağırmağa imkan tapmıram. O da bildirdi ki, gəlib, trubinada oturmağa hazırdır, sadəcə, futbolçular hər şeyin qaydasında olduğunu deyin”.
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu