Növbəti mövsümdən etibarən “Qəbələ”yə Yuri Syomin başçılıq edə bilər.
Qol.Az-ın məlumatına görə, klub rəhbərliyinin Ramiz Məmmədovun istefasından sonra boş qalan baş məşqçi vəzifəsinə gətirmək istədiyi namizədlər arasında məşhur rusiyalı mütəxəssis də var.
“Qəbələ”nin baş meneceri Zaur Əzizov Qol.Az saytının müxbiri ilə söhbətində Yuri Syominlə danışıqlar apardıqlarını təsdiqləyib. “Onunla bir dəfə danışığımız olub. Lakin indidən “Qəbələ”yə məhz bu məşqçinin başçılıq edəcəyini söyləmək tezdir. Syomin sadəcə, əsas namizədlər sırasındadır. Onunla yanaşı, bir neçə başqa əcnəbi mütəxəssislə də danışıq aparırıq” – deyə Z.Əzizov bildirib.
Klub rəsmisi ən qısa zamanda “Qəbələ”yə baş məşqçi təyinatının gözlənildiyini söyləyib.
Qeyd edək ki, 65 yaşlı Y.Syomin müxtəlif vaxtlarda “Kuban” (Kazan), “Pamir” (Düşənbə), “Lokomotiv” (Moskva), Yeni Zelandiyanın olimpiya millisi, Rusiya millisi, Moskva “Dinamo”sunda çalışıb. Onun son iş yeri Kiyev “Dinamo”su olub.
“Lokomotiv”lə ik dəfə Rusiya çempionu, dörd dəfə Rusiya kuboku, iki dəfə Rusiya superkuboku, bir dəfə “Birlik kuboku”, Kiyev “Dinamo”su ilə bir dəfə Ukrayna çempionu və bir dəfə də Ukrayna superkubokunun qalibi adını qazanıb.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı