Topaz Premyer Liqanın 29-cu turunda “Qarabağ”la oyunda qələbə qazanan “Neftçi” çempionluğun bir addımlığındadır.
Qol.Az-ın məlumatına görə, ən yaxın izləyicisi “Qarabağ”ı altı xal geridə qoyan paytaxt təmsilçisinin son üç turda altı xal itirəcəyi real görsənmir. “Neftçi” bu həftə öz meydanında “Simurq”la qarşılaşır, gələn həftə “Qəbələ”nin qonağı olur, son turda isə “Bakı”nı qəbul edir.
Hazırkı vəziyyətdə “Neftçi”nin çempionluğu ən çox onun əzəli rəqibi “Xəzər Lənkəran”ın işinə yarayır. Məsələ burasındadır ki, bu komandaları kubokun finalında bir-biriylə oyun gözləyir. “Xəzər Lənkəran” qələbə qazanacağı təqdirdə həm də Avroliqada oynamaq hüququ əldə edəcək. Amma onlar hətta finalda uduzsa belə, bu il Azərbaycanı Avroliqa yarışında təmsil edəcək. Bunun üçün isə “Neftçi”nin çempion olması əsas şərtdir. Çünki mövcud qaydalara əsasən, çempion komanda həm də kuboku qazanarsa, o zaman Avroliqaya kubokun sahibi qismində məhz məğlub olan komanda gedir. Kubokun qalibi olmuş çempion komanda isə Çempionlar Liqasında yarışır.
Beləliklə, indiki halda Avroliqaya dördüncü vəsiqəyə ən real namizəd “Xəzər Lənkəran”dır. Cənub təmsilçisinin bu il Avroliqada oynamaması üçünsə cəmi bir ehtimal var ki, onun da gerçəkləşməsi möcuzə kimi görsənir: çempion “Neftçi” yox, “İnter” və ya “Qarabağ” olur, “Xəzər Lənkəran” isə kubokun finalında uduzur. Bu halda Avroliqaya Topaz Premyer Liqanı dördüncü pillədə başa vuracaq iki komandadan biri – “Bakı” və ya “Simurq” gedəcək. Amma bunun baş verməsi ehtimalı, qeyd etdiyimiz kimi çox azdır.
Beləliklə, “Neftçi”nin çempion olacağı halda, bu komanda ölkəmizi Çempionlar Liqası, “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” isə Avropa Liqasında təmsil edəcək.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video