AFFA-dan "lipa" açıqlaması

AFFA-dan "lipa" açıqlaması
ÖLKƏ FUTBOLU 6 May 2013 / 13:30 2258
-  A +

AFFA Azərbaycanda çıxış edən “lipa” futbolçularla bağlı xəbər yayıb. Qol.Az-ın məlumatına görə, rəsmi açıqlamada qurumun bayrağı altında müxtəlif turnirlərdə 69 saxta sənədli futbolçunun çıxış etdiyi bildirilir.
 
Qeyd edilir ki, 2009-cu ildən fəaliyyət göstərən qeydiyyat bazasında futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyatı aparılır. Bununla yanaşı, ötən müddət ərzində Qeydiyyat şöbəsi tərəfindən müxtəlif turnirlərdə çıxış edən 69 saxta sənədli futbolçu müəyyənləşdirilib. Onlardan 38 nəfəri sənədlərinin əslini təqdim etdiyi üçün hazırda müvafiq yaş qrupuna aid turnirlərdə çıxış edir. Digər 31 futbolçu isə sənədlərini təqdim etmədiklərinə görə yarışlardan kənarlaşdırılıb.
 
Qeyd edək ki, proses məxfi aparıldığı üçün saxta sənədlə çıxış etmiş futbolçuların adı açıqlanmır.

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi