Elçin Məmmədov öz xahişi ilə hakimlikdən birdəfəlik uzaqlaşdırılıb. Bu haqda Qol.Az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. O bildirib ki, E.Məmmədov ötən həftə bununla bağlı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova müraciət edib: “Xaqani Məmmədovun mənə dediyinə görə, Elçin Məmmmədov işlərinin çoxluğu səbəbindən hakimlikdən getmək qərarı verib və işdən çıxmaq haqda ərizəni ona təqdim edib”.
PFL prezidenti “Bakı”nın prezidenti Hafiz Məmmədovun istəyi ilə E.Məmmədovun hakimlikdən uzaqlaşdırılması haqda xəbərlərə də münasibət bildirib. O qeyd edib ki, bununla bağlı məlumatlar həqiqətəuyğun deyil: “Bakı” klubu tərəfindən bununla əlaqədar mənə heç bir müraciət olmayıb”.
Xatırladaq ki, E.Məmmədovun “Xəzər Lənkəran”la kubok oyunundan əvvəl “Bakı” klubundan 20 min dollar rüşvət aldığı, sonradan isə geri qaytardığı haqda məlumatlar yayılıb. Bundan sonra “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov E.Məmmədovun “Xəzər Lənkəran” tərəfdən rüşvət aldığını, kubokun yarımfinalında bu komandanın xeyrinə qərarlar qəbul etdiyini bildirib.
Qeyd edək ki, həmin oyunda uduzan “Bakı” kubokun finalına çıxmayıb.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində