Mayın 4-də Moskvada “Lujniki” stadionunda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının mini-futbol üzrə “Heydər Əliyev Kuboku” turniri keçirilib. Qol.Az-ın AzərTAc-a istinadən yaydığı xəbərə görə, tamaşaçılar arasında RAGT-nin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olublar.
Turnirin keçirilməsi gənclər arasında gözəl ənənəyə çevrilib. Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən indiyədək hər il keçirilən bu turnir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunub. Builki turnirdə 32 komanda – RAGT-nin Moskva, Vladimir, Kaluqa, Tula və Domodedovo regional şöbələrinin Azərbaycan tələbə klublarının nümayəndələri iştirak ediblər. 8 qrupa bölünmüş iştirakçılar hər qrup mərhələsində 3 oyun keçiriblər. Qruplarda birinci yerləri tutmuş komandalar pley-off seriyasına çıxıblar. Turnirin yarımfinalçıları Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun (MDHİİ), Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin (RDBTİGTU), Ümumrusiya Dövlət Vergi Akademiyasının (ÜDVA) və RAGT-nin Tula regional şöbəsinin komandaları olublar.
Səfir Polad Bülbüloğlu qaliblərin təltif olunması mərasimini açaraq maraqlı oyuna görə iştirakçılara minnətdarlığını bildirib və turnirin müvəffəqiyyətlə başa çatması münasibətilə onları təbrik edib. Sonra RAGT-nin sədri Leyla Əliyeva qaliblərə və bir neçə nominasiya üzrə fərqlənmiş oyunçulara mükafatları təqdim edib.
Turnirin qalibi və “Heydər Əliyev Kuboku”nun sahibi artıq dördüncü dəfə Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun komandası olub. İkinci yeri və müvafiq olaraq “gümüş” mükafatı Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin komandası qazanıb. Yarımfinal oyunlarının yekunlarına görə, Ümumrusiya Dövlət Vergi Akademiyasının və RAGT-nin Tula şəhərindəki regional şöbəsinin komandaları bürünc medallara layiq görülüblər.
Yuxarı
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda