"Qarabağ" - "Neftçi" matçı Avropa səviyyəli oyundur"

"Qarabağ" - "Neftçi" matçı Avropa səviyyəli oyundur"
ÖLKƏ FUTBOLU 4 May 2013 / 14:09 4276
-  A +

“Bu gün azarkeşlərin baxımlı oyun izləməsi üçün çox yaxşı şərait var. Belə ki, stadion möhtəşəmdir. Hava  çox yaxşıdır. İki güclü komanda qarşılaşacaq. Oyunun vaxtı da normaldır. Fürsətdən istifadə edib bütün azarkeşləri bu matça baxmağa dəvət edirik. Mənə elə gəlir ki, çox gözəl oyun keçəcək.  Bu görüşü bayram əhvalında keçirmək lazımdır. Bunun üçün hər iki klub istər meydanda, istərsə də meydandan kənarda bir-birinə hörmətlə yanaşmalıdır”.

Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqanın 29-cu turunda bu gün keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu haqda danışarkən deyib.

Klub rəsmisi bu qarşılaşmanın Avropa səviyyəli oyun olduğunu vurğulayıb: “İnanın ki, bu iki komandanın oyunun səviyyəsi heç də Avroliqanın qrup mərhələsində keçirilən oyunların səviyyəsindən geri qalmır. Bugünkü matça bu prizmadan yanaşmaq lazımdır. Belə qarşılaşmalar nə qədər çox olsa, o qədər də inkişafa nail ola bilərik.

T.Süleymanov hakimlikdən də danışıb: “Təbii ki, belə bir oyunda hakimliklə bağlı məsələyə toxunmamaq mümkün deyil. İnanmaq istərdik ki, hər iki komandanın gözəl oyunu ilə yanaşı, yüksək səviyyəli hakim idarəçiliyinin də şahidi olacağıq və güclü olan tərəf qalib gələcək. Belə olarsa, Azərbaycan futbolu da qalib gələcək”.

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi