"Real"ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra ona eitraz edən tərəfdarlara və jurnalistlərin onun haqqında yazdıqlarına cavab verib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis Madrid klubu ilə bir çox rekordlar qırdığını deyib: "Bu uğurlarımı silmək istəyirsiniz, amma bacara bilməyəcəksiniz. Siz sadəcə komputerlə 100-dən çox xal və 121-dən çox qol vura bilərsiniz. Amma mən 101 xalla "Real"ı çempion etdim. Qol rekordu da məndədir. İyirmi illik "Kral kuboku" həsrətinə son qoydum, üç dəfə Çempionlar Liqasının yarımfinalına çıxdıq. Bu nəticələr mənim üçün o qədər də uğurlu olmasa da, klub tarixi üçün çox şey etmişəm. "Real" 21 ildə 18 fərqli baş məşqçi ilə yalnız beş dəfə ÇL-in yarımfinalına çıxıb. Amma pisdir deyə tənqid etdiyiniz Mourinyo üç ildə üç dəfə yarımfinala çıxdı".
Baş məşqçi qapıçı Dieqo Lopes haqqında da danışıb: "Gəldiyim gündən Lopesi kluba transfer etməliydim. Ən böyük peşmançılığım onu komandaya gec gətirməyim oldu".
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video