Mirhüseyn Seyidov: "Qarabağ"a qalib gələcəyik"

Mirhüseyn Seyidov: "Qarabağ"a qalib gələcəyik"
ÖLKƏ FUTBOLU 4 May 2013 / 00:01 2771
-  A +

“Bu oyunda çox məsuliyyətli olmalıyıq. Çempionluğu həll edəcək bir oyun olacaq. Ona görə də, bu qarşılaşmaya final matçı kimi yanaşırıq. Həmişəki kimi oynasaq qalib gələ bilərik. Baxmayaraq ki, bu rəqibə çempionatın hər üç oyununda məğlub olmuşuq, kubok qarşılaşmasında qalib gəlməyi bacarmışıq”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqanın 29-cu turunda “Qarabağ”a qaşı keçirəcəkləri oyun haqqında danışıarkən deyib.

M.Seyidov qalib gələcəklərini əminliklə söyləyib: "Bizə hardasa bərabərlik də sərf edir. Belə olacağı halda üstünlüyümüzü qoryacağıq. Amma inanıram ki, "Qarabağ"a qalib gələcəyik. Çünki bu oyundan sonra çempionatın bitməsinə üç tur qalacaq. Dərindən nəfəs almaq üçün qələbə qazanmalıyıq. “Qarabağ” qalib gələrsə çempionat uzanacaq. Amma biz buna imkan vermək istəmirik. Keçən mövsümdəki kimi əvvəlcədən çempionluğumuzu bayram etmək istəyirik. Biz qalib gələcəyimiz halda isə demək olar ki, çempionuq. “Qarabağ”a qalib gələrək rahatlaşmaq istəyirik. Çünki bizi kubokun final oyunu da gözləyir. Həmin oyuna da hazırlaşmalıyıq”.

 

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi