Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 3-cü mərhələsi keçirilib. Qol.Az-ın apasport.az saytına istinadən verdiyi məlumata görə, 5 mərhələdən ibarət olan yürüşün bu hissəsi Bakıdan kənarda baş tutub.
25 komanda mübarizənin 3-cü günündə Qəbələdə start götürərək Oğuzdan keçməklə Şəkiyə, oradan da başlanğıc nöqtəyə qayıdıblar. 165 km məsafəni qət edən ilk idmançı Vitali Popkov olub. Ukraynanın “ISD Continental Team” klubunun üzvü bütün rəqiblərini arxada qoyub.
Qəbələyə qayıdan 2-ci velosipedçi isə Stiv Brooksdur. Belçikanın “Lotto-Belisol” klubun üzvü yalnız Vitalidən geri qalıb. Fəxri kürsüdə Azərbaycanın “Synergy Baku” klubu da təmsil olunub. İlk mərhələnin qalibi olan Kristof Şvaytser bu dəfə 3-cü yerlə kifayətlənib.
Qeyd edək ki, növbəti - 4-cü mərhələdə Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş olacaq. İdmançılar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. 146 km uzunluğu olan son mərhələ (5 may) Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın