Fərhad Vəliyev: "Neftçi" ilə oyun bizim üçün yaxşı fürsətdir"

Fərhad Vəliyev: "Neftçi" ilə oyun bizim üçün yaxşı fürsətdir"
ÖLKƏ FUTBOLU 3 May 2013 / 14:08 2633
-  A +

“Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi

- Topaz Premyer Liqanın 29-cu turunda sabah "Neftçi" ilə çox vacib oyuna çıxacaqsınız. Bu qarşılaşmanı çempionluq üçün həlledici oyun hesab etmək olar?

- Həqiqətən bu oyun bizim üçün çox əhəmiyyətlidir. Kubokdan bizi “Neftçi” kənarlaşdırdı. Buna baxmayaraq çempionat oyununun hər üçündə biz qalib gəlmişik. Bu dəfə də qələbə qazanmaq fikrindəyik. Oyundan xalsız ayrılacağımız halda çempionluq şanslarımız sıfıra bərabər olacaq. Çünki belə olan halda "Neftçi" bizi altı xal qabaqlayacaq. Bu bərədə futbolçularımızla da müzakirə aprırıq və hər biri bunu yaxşı dərk edir. İnanıram ki, azarkeşlər çox maraqlı bir doxsan dəqiqənin şahidi olacaq.

- “Neftçi”nin sizi kubok oyunlarından kənarşaldırdığı üçün demək olarmı onlar psixoloji cəhətdən sizdən üstün olacaq?

- Düzdür, son oyunlar onların istədiyi kimi olur. Həm də bizi üç xal qabaqlayırlar. Bu baxımdan hardasa üstünlükləri var. Meydana bizə nisbətən daha rahat çıxacaqlar. Heç-heçə də onları qane edirsə, bizə ancaq qələbə lazımdır.

- Son vaxtlar “Qarabağ”dan başqa heç bir komanda “Neftçi”yə qalib gələ bilmir. Bu baxımdan düşünürsünüzmü “Neftçi”nin xal itirməyin gözləmək sizə heç nə verməyəcək?

- Əlbəttə ki, biz də bunu yaxşı başa düşürük. Şansımız öz əlimizdədir. Bu məsələni kiminsə öhdəsinə buraxmaq fikrimiz yoxdur. Taleyimizi özümüz həll edə bilərik. “Neftçi”yə qalib gəlməklə çempionluğa böyük addım atmaq istəyirik.

- Son oyunlardan sonra “Neftçi”yə qarşı sizdə aqressiya var?

- Qalmaqallı oyunlardan sonra artıq söz-söhbətlər oldu. Hakimlərin üstünə çox getdilər. Artıq bu oyunları yaddan çıxarmışıq. “Neftçi” futbolçuları ilə də həmişə yaxşı münasibətdə olmuşuq. Qarşıdan gələn oyunu düşünürük.

- Heç-heçə necə, “Qarabağ”ın çempionluq şansının üstündən xətt çəkə bilər?

- Meydançaya ancaq qələbə üçün çıxacağıq. Bu oyun bizim üçün yaxşı fürsətdir. Bu mövsüm “Neftçi”ilə sonuncu oyunumuzdur. Dediyim kimi “Neftçi”nin başqa oyunlarda xal itirməyini gözləyə bilmərik. Maksimum qələbə qazanmağa çalışacağıq. Hər bir nəticə qeydə alşna bilər. Məğlub olmağı ağlımızdan keçirmirik. Heç-heçə  faciə olmasa da, bizə sərfəli nəticə deyil.

- Artıq “Neftçi” ilə bu mövsüm beş dəfə qarşılaşmızınız. Komandalar bir-birinin zəif və güclü tərəfini yaxşı bilir. Son oyunda da gördük ki, “Neftçi” komanda yoldaşların Reynaldo və Almeydanı yaxşı zərərsizləşdirdi. Məşqlərdə bu amilləri nəzərə alırsınızmı? Rəqibə hansısa sürpriz edə bilərsiniz?

- Dünənki toplantıda baş məşqçimiz Qurban Qurbanov bu bərədə bizimlə danışıb. Biz də “Neftçi”ni yaxşı analız etmişik. Məncə, futbolçularımız baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirə bilsə, çətin də olsa qalib gələ bilərik.

- “Neftçi” klubu təklif edib ki, “Qarabağ”la oyunu əcnəbi hakim idarə etsin. Buna səbəb kimi oyundan sonra yaranan söz-söhbətləri göstərirlər. Sənin buna münasibətin necədir?

- Öz fikrimi deyə bilərim ki, əcnəbi hakimə ehtiyac yoxdur. Bizim həm təcrübəli, həm də cavan hakimlərimiz var ki, avropalı hakimlərdən heç də geri qalmırlar. Məncə, bu oyun ədalətli bir  hakimə tapşırılsa, heç bir problem olmaz. Sabahkı qarşılaşma Əliyar Ağayevə həvalə olunsa, oyun daha düzgün qaydalarla idarə olunar.

- Anar Salmanov necə?

- Düşünmürəm ki, bu oyunu ona həvalə edərlər. Çünki elə “Neftçi” ilə oyunda qapımıza şübhəli penalti vermişdi. Bu da böyük qalmaqala səbəb oldu. Ona görə də oyunu Anar Salmanovdan başqa kim idarə etsə, ədalətli qərarlar verəcəyinə inanıram.

Ramiq AĞAMƏMMƏDOV

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi