Rəşad Abdullayev: "Qəbələ"dən ayrılıram"

Rəşad Abdullayev: "Qəbələ"dən ayrılıram"
ÖLKƏ FUTBOLU 1 May 2013 / 19:03 4563
-  A +

“Neçə vaxtdır ki, əlimdən gələni “Qəbələ” üçün edirəm. Həm oyun baxımından, həm də insani keyfiyyətlərimlə yadda qalmışam. Çalışmışam həmişə sabit oyunumla yadda qalım. Qışa qədər də hər şey yaxşı gedirdi. Sonra isə oyunumuzda bir eniş oldu. Daha sonra baş məşqçi dəyişkliyi oldu. Bu hər kəs kimi mənə də təsir etdi. Komanda elə bir relsə düşdü ki, öz oyunumuz tapa bilmədik. Rəhbərliyin mənə qarşı münasibəti çox yaxşıdır. Sadəcə mən qərar vermişəm ki, yaxın günlərdə klubla söhbət edib və halallaşıb ayrılım”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qəbələ”nin kapitanı Rəşad Abdullayev bildirib.

Təcrübəli futbolçu Topaz Premyer Liqanın 28-ci turunda “Qarabağ”a məğlub olduqları oyundan sonra bu qərara gəldiyini deyib: “Mənim “Qəbələ” ilə may ayına qədər müqaviləm var. Son oyunumuza qədər “Qəbələ”də can qoymaq fikrində idim. Ancaq “Qarabağ”la oyundan sonra azarkeşlərin birindən xoşagəlməz söz eşitdim. O, mənə dedi ki, “Rəşad niyə oynamırsınız?” Bu sözün sırf mənə deyilməsi xətrimə dəydi. Yəni mən digər oyunçuların oduna yandım. Onu da bilirəm ki, umacaqları oyunçu olduğum üçün mənə dedi. Digər futbolçularla müqayisədə titullu olduğum üçün məndən daha çox umurlar. Elə futbolçular var ki, onları güclə oynadırdım”.

R. Abdullayev hələlik bu barədə klub rəhbərliyi ilə danışmadığını bildirib: “Rəhbərliklə görüşməmişəm. Yenə deyirəm, mənə qarşı həmişə yaxşı olublar. Həmişə oynadığım komandalarda iz qoymuşam. Ona görə indi də rəhbərliklə halallaşacam ki, bilsinlər ki, “Qəbələ”də ürəyim rahat deyildi. Mən həmişə komandamı hər bir çətin oyuna psixoloji cəhətdən hazırlamışam. Elə oyunçular var ki, hansısa baş məşqçiyə görə oynamırdılar. Onlara deyirdim ki, “Qəbələ”nin adına görə oynamaq lazımdır. “Qarabağ”la oyundan sonra isə heç o futbolçulara söz deyən olmadı. Ancaq mənim adımı çəkdilər. Bu da mənə çox pis təsir etdi”.
R.Abdullayev iki paytaxt klubundan təklif aldığını da deyib: “Hələ qış aylarında iki iddialı klubdan təklif almışam. Ancaq mən müqaviləm sona çatmamış başqa klubları yox, yalnız öz klubu düşünürəm. Ona görə də həmin klublarla danışıq aparmadım. İndi isə oturub danışmaq olar”.  

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi