“Bu məsələyə həm AFFA-nın prezidenti Rövnəq Abdullayev, həm də PFL-in prezidenti Ramin Musayev münasibət bildirib. Onlar qeyd ediblər ki, əcnəbi hakimə ehtiyac yoxdur. Biz isə buna münasibət bildirməyə ehtiyac duymuruq. AFFA və PFL futbolda haqq ədaləti təmin etmək üçündür. Ona görə də bu qurumların qərarı nə olsa, ona tabe olacağıq”.
Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl “Neftçi”nin Topaz Premyer Liqanın 29-cu turunun “Qarabağ”la oyununa əcnəbi hakimin təyin olunması ilə bağlı təklifini şərh edərkən bildirib. O deyib ki, “Qarabağ” üçün hakimin hansı ölkədən olmasının fərqi yoxdur: “Biz yerli və ya afrikalı hakim yox, ədalətli idarəçilik istəyirik. Bizim üçün əsas odur ki, hakim oyunu düzgün idarə etsin. İnanırıq ki, AFFA və PFL bunu təmin edəcək”.
Ə.Çəlikıl qeyd edib ki, “Neftçi” ilə matç da digərləri kimi Premyer Liqa oyunudur: “Amma təbii ki, əvvəlki oyunlardan daha əhəmiyyətli olacaq. Çünki matçın nəticəsi çox şeyi həll edə bilər. Məğlubiyyət haqda düşünmürük. Bizə lazım olan nəticəni qazanacağımıza ümid edirik”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib