“Turan” klubunun vitse-prezidenti Namiq Məstanovun Qol.Az saytına müsahibəsi
-AFFA-nın Lisenziyalaşdırma komissiyasının qərarına görə, “Turan”a növbəti mövsüm üçün lisenziya verilməyib. Bu o demıkdir ki, komandanız yeni mövsümdə Premyer Liqada çıxış edə bilməyəcək. Buna münasibətinizi bilmək istrərdik.
- Hələlik bu haqda bizə rəsmi məktub göndərilməyib. Rəsmi qərar olandan sonra bu məsələni müzakirə edəcəyik.
- Bəs belə bir qadağa nə üçün tədbiq olunub?
- “Turan” klubunun 2004-cü ildən bu gününə qədər olan külli miqdarda borcu yığılıb. Qaza, işığa, vergiyə, Sosial Müdafiə Fonduna olan borclar tamamilə bağlanmalıdır. Bunun üçün də çoxlu vəsait lazımdır.
- Qərarın ləğvi üçün addım atacaqsınız?
- Təbii ki, Apelyasiya Komitəsinə müraciət edəcəyik. Mən icraçı adamam. Nə klubun himayədarıyam, nə də elə bir vəsaitim var ki, borcları ödəyim. Üzərimizə düşən bir sıra işləri görə bilərik. Bu işin nəticəsi necə olacaq, borcları kim ödəyəcək, bu barədə bir söz deyə bilmərəm.
- 2004-cü ildən indiyə qədər bu borcların ödənilməsi tələb olunmurdu?
- Mənə də o gülməli gəlir ki, bu borclar 2012-ci ilin avqust ayından yaranan borclar deyil. 2004-cü ildən bu günə kimi necə olub ki, bir problem olmayıb?
- Klubun borcları ödənilsə, məsələ həllini tapar?
- Təbii ki, borclar bağlansa, heç bir əsasla “Turan” güclülər dəstəsindən kənarda qala bilməz. Ancaq bu gün klubumuz borc içindədir.
- Sponsor məsələsi nə yerdədir?
- Bu, heç gündəmdə deyil. Nə elə bir adam, nə də elə bir şirkət ki, sinəsini qabağa verib, kluba himayədarlıq etsin. Yerli İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən bir klubuq. Əvvəlki illərlə müqayisədə indi futbola daha çox vəsait lazımdır. İcra Hakimiyyətininin də bu vəsaiti ödəməyə gücü çatmır.
- Deməli, bu məsələnin həlli asan görünmür.
- Mənə də elə gəlir ki, çətin görünür. Yenə də İcra Hakimiyyəti ilə bu məsələni müzakirə edəcəyik. Sənədləşdirilmə hamısı qaydasındadır. Sadəcə 300 min manat bank zəmanəti lazımdır. Klubun borcu çox olduğundan heç bir bank bizə zəmanət məktubunu vermək istəmir. Zəmanət məktubu ona görə lazımdır ki, klubun harasa borcu olanda həmin bank zamin dursun ki, o borcları ödəyəcək. Sponsoru olmayan bir klubun belə vəziyyətində heç bir bank özünü çətin vəziyyətə salmaq istəmir. Bu da mənim səlahiyyətimdə, imkanım daxilində olan məsələ deyil. Namiq Məstanov xırda adamdır. Klubun sahibi var, Rayon İcra Hakimiyyəti var. Onlara bu haqda məlumat veriləcək. Necə addım atacaqlar, deyə bilərəm. Başqa problem olsa, lap çətin olardı. Ancaq bir şeyi ki, pul həll edir, yəqin ki, düzələr.
Ramiq AĞAMƏMMƏDOV
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib