“Mən deməzdim ki, hazırda çempionluq uğrunda yalnız iki komanda – “Neftçi” və “Qarabağ” oynayır. “İnter”i də siyahıdan silmək olmaz. Hesab edirəm ki, çempion ya son turda, ya da ondan əvvəlkində müəyyənləşəcək”.
Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərlə söhbətində deyib.
Topaz Premyer Liqanın hazırkı formatı ilə bağlı fikirlərini açıqlayan AFFA rəhbəri qeyd edib ki, “altılıq” sisteminun müsbət və mənfi cəhətləri var: “Hazırda AZAL və “Xəzər Lənkəran” kimi güclü komandalar ilk “altılıq”dan kənarda qalıb. Bu da həmin klubların motivasiyasının azalmasına səbəb olur və bu səbəbdən çempionata maraq azalır”.
R.Abdullayev “Neftçi”nin qarşıdakı “Qarabağ”la matça əcnəbi hakimin idarə etməsi təklifinə də münasibət bildirib. O, Azərbaycan hakimlərinin oyunları ədalətlə idarə etməsinə şübhə etmədiyini deyib. “Onlar səhv edə bilərlər. Bu, bütün dünyada olur. Avrokuboklarda və millinin oyunlarında hakimlər daha kobud səhvə yol verirlər. Bu mənada, bizim hakimlər bəzi hallarda Avropa hakimlərindən irəli gedirlər”.
R.Abdulayev buna görə “Qarabağ” – “Neftçi” qarşılaşmasında əcnəbi hakimə ehtiyac olmadığını vurğulayıb.
AFFA prezidenti azarkeşlərin stadionlara az gəlməsindən narahatlığını ifadə edib: “Azarkeşlər əvvəl deyirdi ki, stadionlarımız yoxdur. İndi stadion var, ancaq oyunlara gələn yoxdur. Məsələn, 12 minlik “Bakcell Arena” var, ancaq heç onu doldurmurlar. Yaxınlarda 68 minlik Olimpiya stadionu istifadəyə veriləcək, bəs bunu necə dolduracaqlar? Deməli, günah hamımızdadır: həm bizdə, həm siz jurnalistlərdə. Azarkeşləri stadionlara cəlb etmək üçün düzgün yönləndirməliyik”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib