“Nə qədər ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevdir, yerli çempionata xarici hakim gətirilməyəcək. Onun göstərişi var ki, bir hakimimiz qalsa belə, əcnəbi hakim dəvət etməyəcəyik”.
Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Neftçi”nin Topaz Premyer Liqanın 29-cu turunun “Qarabağ”la oyununa əcnəbi hakimin təyin olunması ilə bağlı təklifini şərh edərkən bildirib.
O qeyd edib ki, AFFA Hakimlər Komitəsinin üç FİFA referisi var: “Belə olan halda niyə xaricdən hakim gətirməliyik? Son beş ildə hakimlikdən böyük bir narazılıq olmayıb. İndi birdən-birə bu narazılıq nə deməkdir? Səhv hər yerdə olur. Bir müddət bundan əvvəl “Real” – “Barselona” oyununa hamımız baxdıq. Orda da xeyli hakim səhvi oldu. Çempionlar Liqasının yarımfinalında “Bavariya” “Barselona”nın qapısına dörd qoldan ikisini hakim səhvindən vurdu. Bu, danılmaz faktdır. Onda gərək onlar da başqa hakim sifariş etsinlər. Bunlar hamısı bizim hakimlərə olan hörmətsizlikdən irəli gəlir. Və yaxud oyundan öncə ehtiyat etmək, sığortalanmaqdır. Belə bir təklif bizə gəlməyib” – deyə R.Musayev bildirib.
O qeyd edib ki, “Neftçi”nin prezidenti Sadıq Sadıqov nə vaxtsa onlara belə müraciət edəcəyinə inanmır: “Mən Sadıq müəllimi otuz ildir tanıyıram. Onun daxilini, vətənpərvərliyini bilirəm. Hakimlərimiz zəif olsa belə, o, əcnəbi hakim tələb etməz. Mən bu məsələyə yaxşı baxmıram”.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"