Bakının “İnter” klubunun yarımmüdafiəçisi Samir Zərgərovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 28-ci turunda çempionluq uğrunda “Neftçi” ilə çox vacib oyuna çıxdınız və məğlub olaraq şansınızı xeyli azaltdınız. Bu oyun haqda nə deyə bilərsən?
- Oyun çox maraqlı idi. Məncə, bütün Azərbaycanın gözlədiyi oyun oldu. Amma təəssüf ki, “Neftçi”yə yenə uduzduq. Bu mövsüm “Neftçi”yə qalib gələ bilməmişdik. Bunu son oyunda etmək istəyirdik. Heyf ki, əlimizdən gələni etsək də, alınmadı. Artıq o oyun arxada qaldı. Qarşıdakı oyunları fikirləşməliyik.
- Komandanız “Simurq”la oyuna nisbətən “Neftçi” ilə görüşdə zəif təsir bağışladı. Sən necə düşünürsən?
- Birinci hissədə yaxşı çıxış etdik. Bir neçə qol imkanlarımız da oldu. Bunlardan istifadə etsəydik, hesab başqa cür olacaqdı. Düzdür, bəlkə də öz meydanımızda bundan yaxşı çıxış etmişdik. Amma deyərdim ki, birinci hissədə biz daha yaxşı çıxış etdik.
- Əvvəlki oyunlara nisbətən müdafiəçilər Brüs Abdulae və Vladimir Levin də inamsız çıxış etdi, bir neçə səhvlərə yol verdi.
- Komanda uduzanda günahı hansısa oyunşunun üstünə atmaq düzgün deyil. Uduzanda bütün komandanın burda səhvi olur. Deməzdim ki, kiminsə böyük səhvindən uduzduq.
- “Neftçi”nin qələbəsini ədalətli sayırsınız? “İnter” hakimdən razı qalmayıb.
- Hakimlik haqda danışmaq istəmirəm. Amma onu deyə bilərəm ki, oyunu daha yaxşı idarə etmək olardı.
- Özün dediyin kimi bu mövsüm “Neftçi”yə qalib gələ bilmədiniz. Bu dörd oyundan hansı nəticəni çıxardınız? Rəqibə nədə uduzurdunuz?
- Keçən mövsümdə “Neftçi”yə iki dəfə qalib gəlmişdik. Bu mövsüm isə başqa komandalara qarşı daha rahat oynasaq da, “Neftçi”ylə oyunumuz alınmadı. Səbəbi bizə də maraqlıdır. “Neftçi” bizdən birbaş üstün oynasa deyərdim ki, güclüdürlər ona görə uduzuruq. Keçən illə müqayisədə həm “Neftçi” həm də “İnter” çox güclənib. Bu mövsüm daha çox qol vurmuşuq, daha çox topla oynayırıq və hücumlar edirik. “Neftçi”yə məğlubiyyəti isə bəlkə də şanssızlıqla bağlamaq olar.
- Yəqin artıq çempionluğa ümidiniz azalıb.
- Əlbəttə, bu oyundan sonra ümidimiz azaldı. Amma axıra qədər gedəcəyik. Futbolda hər şey baş verə bilrər. Ümidimiz az da olsa qalıb. Çempionluq da olmasa, gümüş medallar uğrunda mübarizə aparacağıq.
Ramiq AĞAMƏMMƏDOV
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib