“Beynəlxalq dərəcəli hakim kimi demək istəyirəm ki, Azərbaycan hakimlik məktəbi hər zaman çox güclü olub. Öz ənənəsini indi də davam etdirir. Amma çox təəssüf ki, son zamanlar hakimlərin üzərinə böyük təzyiq var. Bu da onların bəzilərinin özünü meydanda doğrultmadığından irəli gəlir. Bunlar ictimaiyyət arasında söz-söhbətə səbəb olur”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqanın 29-cu turunda “Qarabağ”la keçirəcəkləri oyunu ərəfəsində deyib. O bildirib ki, qarşıdakı matşı əcnəbi hakimin idarə etməlidir.
Klub rəsmisi oyunun əcnəbi hakimə tapşırılmasının zəruriliyini belə izah edib: “Heç bir klubun işinə qarışmaq istəmirəm. Amma son vaxtlar elə bir klub yoxdur ki, hakimdən narazı qalmasın. Elə “Neftçi” ilə “Qarabağ” arasında kubokun yarımfinal mərhələsinin cavab oyununa qədərki söz-söhbətlər də həddindən çox oldu. Bütün bunları nəzərə alaraq, bizim istəyimiz odur ki, “Qarabağ”la növbəti oyunumuzu yerli deyil, məhz əcnəbi hakimlər idarə etsin. İstedadlı hakimlərimiz çoxdur. Amma belə oyunlarda hakimlərlə bağlı çox qalmaqal baş verir. Gənc və istedadlı hakimlərimizi qorumaq baxımından da yaxşı olardı ki, həmin oyunu başqa ölkədən olan hakimlər briqdası idarə etsin. Belə olacağı halda bütün söz-söhbətlərə son qoyular və güclü olan tərəf qalib gələr. Həm “Neftçi”, həm də “Qarabağ” bu mövsüm artıq avrokuboklara vəsiqə qazanıblar. Bizim digər klublarla birgə hədəfimiz o olmalıdır ki, ən azından “Neftçi”nin keçən ilki uğurunu təkrarlayaq. Bunun üçün fəaliyyət göstərmək lazımdır. Artıq, mənasız şayiələr klubların gücünü alır. Normal şəkildə işləyə maneçilik törədir. Futbola, klublara, AFFA və PFL-ə inamı artırmaq üçün əcnəbi hakimin olmasını zəruri hesab edirik”.
T.Süleymanov bildirib ki, mövcud qaydalara əsasən, AFFA-nın istəyilə əcnəbi hakim Azərbaycan çempionatına təyinat ala bilər: “Bununla bağlı hələ keçən il AFFA-ya müraciət etmişik. “Neftçi”nin son uğurlarına kölgə salmaq istəyən qüvvələr var. Biz bu addımı məcburiyyətdən atırıq ki, görsünlər ki, “Neftçi”nin heç kimin köməyinə ehtiyacı yoxdur. Bizim yalnız meydanda düzgün idarəçiliyə ehtiyacımız var. “Neftçi” və “Qarabağ” hazırda öz oyunları ilə hər şeyi sübut edib. Biz keçən mövsüm avroliqadakı uğurumuzla sözümüzü dedik. “Qarabağ”da bu mövsüm öz oyunu ilə göstərir ki, ən azı avroliqanın qrup mərhələsində oynama layiqdir”.
T.Süleymanov bu təkliflə bağlı AFFA və PFL-dən müsbət cavab almadıqlarını bildirib: “Həm AFFA, həm də PFL-dən bildiriblər ki, bu məsələyə ehtiyac yoxdur. Yerli hakimlərin də hər hansının bizim oyuna təyin olunmasının fərqində deyilik. Sadəcə bir daha rəsmi şəkildə sübuta yetirmək istəyirik ki, bizim heç kimin köməkliyinə ehtiyacımız yoxdur. Bildiririk ki, buyurun dünyanın istənilən yerindən hakim gətirin, qoy oyunu idarə etsin. Onsuz da lazımsız söhbətləri ortalığa atmalarına baxmayaraq, “Neftçi”nin qarşısını ala bilmirlər”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib