“Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov jurnalistlərin suallarını cavablandırıb. Lent.az-ın məlumatına görə, H.Məmmədov öncə İspaniya “Atletiko”sunun Azərbaycan paytaxtına səfəri barədə danışıb...
- Azərbaycanda həqiqətən də böyük futbol bayramıdır. “Atletiko” klubunun bütün heyəti Bakıdadır. Bu layihənin həyata keçirilməsinə ötən ilin yay aylarında başladıq. 7-8 ay ərzində bütün işləri gördük və “Atletiko” Bakıya təşrif buyurdu. Aprelin 30-da bu komanda ilə bir oyunumuz var. Bu, doğrudan da böyük bir layihədir. İnanıram ki, bu layihənin “Bakı” ilə bərabər, Azərbaycan futboluna da böyük faydası olacaq. Aprelin 29-a keçən gecədən “Atletiko” Bakıdadır. Bu gün də bəzi tədbirlərimiz var. Məncə, bu bayram əhval-ruhiyyəsini hamı hiss etdi.
- “Atletiko”nun Azərbaycan yığması ilə yoldaşlıq görüşünün baş tutmaması hər hansı problemlə bağlı oldu, yoxsa?..
- Heç bir problem olmadı. Alternativ milli komandanın yaranıb-yaranmayacağına dair bəzi hüquqi məsələlər var idi. “Atletiko”nun “Bakı” ilə də, Azərbaycan millisinin futbolçuları ilə də görüşməsi mümkündür. Hələ də İspaniya klubuna qarşı hansı komandanın oynayacağını müəyyənləşdirməmişik. Hər iki komandanın oynaması mümkündür. Heç bir problem yoxdur.
- Amma millimizin baş məşqçisi Berti Foqts “Atletiko”ya qarşı yığma komandanın oynamasını düzgün hesab etməyib...
- Açığı, onun sözlərini bəyənmədim. Foqts hörmətli, adlı-sanlı şəxsiyyətdir. Onun Azərbaycan millisinin baş məşqçisi olması ilə fəxr edirik. Amma Foqtsun bu fikirləri ilə razılaşmadım. “Atletiko” elə-belə komanda deyil ki, onunla millimizin oyunçuları üz-üzə gəlməsin. Aparıb Almaniyanın 5-ci Bundesliqa komandası ilə yoxlama matçı keçirmək olur, bu yox? Bunda da bir qəbahət görmürəm. Fikrimcə, o da olar, bu da. Bugünkü tədbirlərin davamı aprelin 30-da keçiriləcək oyundur. O da bayram əhval-ruhiyyəsində keçəcək. Meydana çıxacaq hər bir oyunçu belə əhval-ruhiyyədə olacaq.
- “Atletiko” ilə matçda nəticə vacibdir?
- Bu, şoudan da çox bir siyasətdir. Mən bunu demişəm və bir daha söyləyirəm: Bu, cənab prezidentin Azərbaycanda yürütdüyü siyasətdir. İnandırım sizi, İspaniyadan gələn bütün qonaqlar, “Atletiko”nun heyətində bir çox ölkənin vətəndaşları var, onların hamısı üçün Azərbaycan böyük sürpriz olub. Yəni, burada gedən inkişaf, cənab prezidentin bütün sahələrdə gördüyü işlər bizi əvəzolunmaz dövlətə, xalqa çevirib. Mən şəxsən bununla fəxr edirəm. “Atletiko”nun Bakıya səfəri üçün bir neçə tarix var idi. Biz müzakirələr apardıq və bu matçı Azərbaycanda ulu öndərin 90 illik yubiley tədbirləri ərəfəsində keçirməyi qərara aldıq və yubileyə həsr etdik.
- Azərbaycan və Avropanın futbol veteranları arasındakı görüşə Türkiyədən Hakan Şükür, Rüştü Rəçbər, Abdullah Avcı kimi tanınmış simaları dəvət etmisiniz. Onlarla hər hansı əməkdaşlıq müzakirə oluna bilər?
- Hər bir məşhur şəxsiyyətin Azərbaycana gəlişi bizi sevindirir. Sizə bir sürpriz açıqlaya bilərəm: hazırkı qonaqlarımız arasında 4 ispaniyalı veteran futbolçu da var. Onlar İspaniya futbolunun əfsanələridirlər. Ola bilsin, bəziləri veteranların oyununda iştirak etsinlər.
- “Atletiko” ilə yanaşı, Fransa “Lans”ı ilə də əməkdaşlıq müzakirə olunur. Hətta bu klubu aldığınız da deyilir. Bu xəbərlər nə dərəcədə həqiqətə uyğundur?
- Hər iki klubla əməkdaşlığın kökündə siyasət durub. Biz ölkəmizi tanıtdırmaq üçün bu addımları atırıq. “Lans”la bağlı məsələ ayrı hekayədir. Fransa böyük dövlətdir, Avropada böyük çəkiyə malikdir. Əlbəttə, “Lans”la əməkdaşlıqda da siyasət var. Fransa ermənilərin daha çox yaşadığı ikinci dövlətdir. “Lans”la da müzakirələr aparmışıq. Bu yaxınlarda əməkdaşlığımıza aydınlıq gələcək. Azərbaycan bayrağı “Lans”ın stadionunda dalğalanmalıdır.
- Bəs bu klubun alınma variantı var?
- Alınacaq-alınmayacaq, bu bir əməkdaşlıqdır. Əsas odur ki, “Atletiko” burdadır, məşhur simalar burdadır, sizin qarşınızda bir şou göstərəcəklər. Bu, Sizə önəmli deyilmi?
- Amma azərbaycanlı bir şəxsin tanınmış bir klubu alması da önəmlidir...
- Qoy, bu məsələ şərhsiz qalsın...
- “Bakı” Avropa kuboklarına vəsiqə qazanmasa, bunu faciə sayacaqsınız?
- Bu ili daha çox uşaq futboluna, “Lans”la əməkdaşlığa yönəltdik. Zamanımızın çoxunu da buna sərf etdik. Nəticəni görürsünüz. “Bakı” Avropa kuboklarına vəsiqə qazanmasa, burada heç bir faciə yoxdur. Biz “Atletiko”nun sistemini “Bakı” üçün tətbiq etmək istəyirik.
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı
İspan klubu “Qarabağ”ın şikayəti əsasında cərimələndi
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
"Şimal" və "Bakı Sportinq"dən qələbə, Mingəçevirdə heç-heçə
"Real" Vinisiusla bağlı qərar verdi
Balotelli ərəb klubuna keçə bilər
Ronaldo adada 2 villa aldı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Kişi şahmatçılarla qarşılaşmaq daha maraqlı ola bilər"
Kenan Yıldız İngiltərə nəhənglərinin hədəfində
"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var
Millimizin üzvləri şagirdlərlə görüşdü
2-ci liqanın bombardirləri açıqlandı
Murad Musayev Rusiyada ilin məşqçisi seçildi
Braziliya millisinin üzvünün yeni klubu məlum oldu
"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı
İngiltərə Kubokunun yarımfinalçıları
“Atletiko” Dieqo Simeone ilə müqaviləni uzatmağı düşünür
"Beşiktaş" "Fənərbaxça"ya belə qalib gəldi - Video
İstanbul derbisini qonaqlar qazandı
Millimizin üzvü qırmızı vərəqə aldı
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi