Aykut Kocaman: "Finala çıxdığımızı söyləyə bilmərəm"

Aykut Kocaman: "Finala çıxdığımızı söyləyə bilmərəm"
GÜNDƏM 26 Aprel 2013 / 03:08 3208
-  A +

“Bizim üçün önəmli olan qol buraxmadan qol vurmaq idi. Bunu da bu gün bacardıq. Finala çıxmaq üçün çox vacib bir oyun idi. Meydanda etmək istədiklərimizin çoxunu son dəqiqələrə qədər edə bildik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Fənərbaxça”nın baş məqşçisi Aykut Kocaman UEFA Avropa Liqasında “Benfika” ilə ilk oyundan (1:0) sonra deyib.

Təcrübəli mütəxəssis cavab qarşılaşaması haqqında da danışıb: “Benfika” çox güclüdür. Buna görə də  bu qələbə ilə finala çıxdığımızı  söyləyə bilmərəm.  Ancaq bunun üçün bütün gücümüzlə çalışacağıq. Hazırda əsas olan odur ki, istədiyimiz üstünlüyü əldə etdik. Bu qələbəyə görə futbolçularımı təbrik edirəm.

Futbolçusu Kristian Baroninin birinci hissənin son dəqiqələrində penaltini qola çevirə bilməməsinə də münasib bildirən Kocaman deyib: “Dünyada minlərcə penaltilər olur. Futbolçular bəzilərini vurur, bəziləri isə yox. Bu barədə danışmağa ehtiyac yoxdur. Kristian komandanın bir nömrəli oyunçusudur”.

Daha çox


Son xəbərlər