“Neftçi”nin kapitanı Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi
- Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”la təkrar qarşılaşmada 2:2 hesabı ilə finala çıxdınız. Komandanın kapitanı kimi oyun haqqında fikirlərin maraqlı olardı.
- Gözlənildiyi kimi gərgin oyun keçdi. Birinci oyun qalmaqallı olduğu üçün oyunun bu tərzdə keçəcəyini bilirdik. Əvvəlcədən də demişdim ki, ilk oyunda 2:1 hesabı ilə qalib gəldiyimiz üçün bir addım öndəyik. Komandamız çox yaxşı oynadı. Qalib də gələ bilərdik. Əsas odur ki, finala çıxdıq. Buna görə çox sevinirəm. İnşallah, çalışacağıq ki, finalda kuboku götürək.
- Səncə, hansı tərəf üstün oyun nümayiş etdirdi?
- Elə birinci hissədən üstünlüyü ələ aldıq. Qol epizodları da bizdə çox oldu. Rəqibə oynamağa imkan vermirdik. Həm də açıq futbol oynayırdıq. Qabaqda onlara basqı yaradırdıq. Top bizdə olan kimi hücumlara keçirdik. Hesab 2:1 olana qədər “Qarabağ”ın qapımız qarşısında elə də təhlükəli vəziyyət yarada bilmirdi.
- Qapıçınız Saşa Stamenkoviçin kobud səhvi ilə bağlı nə deyə bilərsən?
- O, çox böyük məsuliyyətsizlik etdi. Gah topu tutdu, gah qabağa vurdu, nə etdiyini özü də bilmirdi. Onun buraxdığı qolun görüntüsünü ən gülməli qol kimi internetdə yaymaq olar. Onun bu məsuliyyətsizliyi üzündən qalib gələ bilmədik. Baş məşqçimiz Böyükağa Hacıyev dediyi kimi, yəqin qapıçını cəzalandıracaq. Komandanı belə bir vəziyyətə qoymaq heç bir futbolçuya yaraşmır.
- İkinci qapıçının yoxluğu Stamenkoviçdə arxayınlıq yarada bilər?
- Bəli, bunu Böyükağa müəllim də dedi ki, ikinci qapıçı getdiyi üçün Staminkoviç məsuliyyəti dərk etmir, onda arxayınlaşma var. Mən də səbəb elə bunu görürəm.
- Finalda “Xəzər Lənkəran”la düşmək istəyirdiniz, yoxsa “Bakı”yla?
- Açığın deyim ki, “Xəzər Lənkəran”la düşməyimiz daha yaxşı oldu. Yəni “Xəzər Lənkəran”ın finala çıxmasına sevindik. Çünki onların kubokdan başqa heç bir şansı yox idi. İkinci “altılıq”da oynayırdılar. İndisə Lənkəranda başqa ab-hava var. Yaxşı azarkeşləri var. İkinci “alıtılıq”da oynasalar belə, heç bir komandadan zəif deyillər. Hər bir komandanı məğlub edəcək gücləri var. Mən də istəyirdim ki, finala “Xəzər Lənkəran” çıxsın. Çünki ikinci “altılığ”a düşəndə cənub zonasında azarkeşlər həvəsdən düşmüşdü.
- Həmişə “Xəzər Lənkəran”la oyununuz “Böyük oyun” adlandırılır. Ancaq “Qarabağ”la son çıxışlarınız daha prinsipial və maraqlı alınır. Demək olarmı artıq əsas derbi “Qarabağ” – “Neftçi” oyunudur?
- Bu rəqiblərin gücündən asılıdır. Son vaxtlar “Qarabağ”ın gücü buna səbəb olub. “Xəzər Lənkəran” ikinci “altılıq”da olduğu üçün bu prinsipiallıq azalıb. Azarkeşlər son oyunlarda “Qarabağ”la gərgin və maraqlı oyunumuzun şahidi olurlar. Ancaq mənə elə gəlir ki, “Xəzər Lənkəran”la da maraqlı bir final olacaq.
- Bu mövsüm kuboku və çempionluğu qazanmağa yaxınsınız. Bunu bacaracağınıza inanırsınız?
- Bunu qazanmaq çox çətindir. Çünki ehtiyat heyətimiz çox azdır. Buna baxmayaraq əlimizdən gələni edirik. Rəhbərlik və futbolçular çox inadlıdır. İstəyirik ki, “qızıl dubl” edək. Avroliqanın qrup mərhələsinə düşəndən sonra komandamızda böyük iştah yaranıb. “Qəbələ” və “Qarabağ”la oyunlarda çox yorğun idik. Buna baxmayaraq, komandamızın istəyi özünü göstərir. Çalışırıq ki, həm kuboku, həm də çempionluğu qazanaq.
- Keçmiş komandan “Qarabağ” haqqında nə deyə bilərsən? “Qarabağ”ın bu il şansları yüksəkdir. Avropada bu heyətlə bizi yaxşı təmsil edə bilərlər?
- “Qarabağ”ın heyəti heç bir komandadan zəif deyil. Yaxşı kolektiv formalaşdırıblar. Avropa oyunlarına çempion kimi də vəsiqə qazana bilərlər, ikinci yerlə də. Amma artıq demək olar ki, “Qarabağ” Avroliqaya düşüb. Reytinqləri də yaxşıdır. Ona görə də Avroliqada rahat rəqiblə düşəcəklər. “Qarabağ”da Avroliqada bizim kimi irəliləyə bilər. İnanıram, çoxlu mərhələlər keçəcəklər. Avropada həyəcanlarını boğsalar, bu heyətlə rahat oynaya bilərlər. Bunu ona görə deyirəm ki, komandada bir neçə yeni futbolçu var. Onlar Avroliqa həyəcanı yaşamayıb. 5-6 futbolçunu çıxmaq şərtilə qalanları o atmosferi duymayıb. İnşallah Avropada bizi layiqincə təmsil edərlər.
Ramiq AĞAMƏMMƏDOV
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı
İspan klubu “Qarabağ”ın şikayəti əsasında cərimələndi
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
"Şimal" və "Bakı Sportinq"dən qələbə, Mingəçevirdə heç-heçə
"Real" Vinisiusla bağlı qərar verdi
Balotelli ərəb klubuna keçə bilər
Ronaldo adada 2 villa aldı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Kişi şahmatçılarla qarşılaşmaq daha maraqlı ola bilər"
Kenan Yıldız İngiltərə nəhənglərinin hədəfində
"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var
Millimizin üzvləri şagirdlərlə görüşdü
2-ci liqanın bombardirləri açıqlandı
Murad Musayev Rusiyada ilin məşqçisi seçildi
Braziliya millisinin üzvünün yeni klubu məlum oldu
"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı
İngiltərə Kubokunun yarımfinalçıları
“Atletiko” Dieqo Simeone ilə müqaviləni uzatmağı düşünür
"Beşiktaş" "Fənərbaxça"ya belə qalib gəldi - Video
İstanbul derbisini qonaqlar qazandı
Millimizin üzvü qırmızı vərəqə aldı
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib