“Qəbələ”nin sabiq baş məşqçisi, klubun prezidentinin müşaviri işləyən Toni Adams “Feyenoord”un aşağı yaş qrupları üzrə məşqçisi Stenli Brardın “Qəbələ” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin edilməsini şərh edib.
QoL.Az-ın məlumatına görə, İngiltərə Futbol Assosiasiyasının saytına açıqlamasında o qeyd edib ki, S.Brard cox tələbkar məşqçidir: “Biz belə bir mütəxəssisi klubumuzds görməkdən məmnunuq. O, “Feyenoord”da yaxşı bir akademiya yarada bildi. Hazırda akademiyanın bir çox futbolçusu əsas komandada çıxış edir. “Qəbələ” də belə bir iş həyata keçirmək istəyir. Klubun sahibi tərəfindən uşaq futbolunun inkişafı üşün hər şey edilir. O istəyir ki, gələcəkdə “Qəbələ”də klubun yetirməsi olan yerli oyunçular çıxış etsin”.
T.Adams bildirib ki, “Qəbələ” Azərbaycan futbolunda inqilaba hazırlaşır: “Bu, mənə Arsen Vengerin “Arsenal”dakı ilk illərini xatırladır. Orda da hər şey belə başlamışdı”.
T.Adams bildirib ki, yaxınlarda “Qəbələ”nin stadionunun açılışı olacaq, yayda isə Akademiyanın özünün binası istifadəyə veriləcək. O, “Qəbələ”nin bir neçə meydançasının olduğunu da vurğulayıb.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı