Maraqlı oyun oldu. “Qarabağ”a qarşı düzgün taktika seçdik. Riçard Almeyda və Reynaldo Silvanı “bağlamaq” üçün Denis Silva və Erik Ramosu meydana buraxmışdıq. Deməzdim ki, “Qarabağ” bizə qarşı açıq futbol oynadı. Açıq futbolu hər zaman “Neftçi” oynayır. Əsas odur ki, bizə lazım olan qələbəni qazandıq.“Qarabağ” bizə layiq rəqibdir. Avrokuboklarda uğurlu çıxış edəcəklərinə inanıram”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”la cavab matçından (2:2) sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi ikinci qolu qapıçı Saşa Stamenkoviçin böyük səhvindən buraxdıqlarını, buna görə də onu cəzalandıracağını deyib: “Nə qədər ki, ikinci qapıçı var idi, Stamenkoviç bilirdi ki, onu əvəzləmək olar. Ancaq indi bir qapıçımız var deyə, o da arxayınlaşıb. Onu mən özüm cəzalandıracağam. Ən yaxşı cəza isə puldur".
Hacıyev oyunun hakimi Fariz Yusifovdan razı qaldığını da ifadə edib: ” O, ən təcrübəli hakimlərdən biridir. Ona görə inanmıram ki, qarşılaşma zamanı hansısa səhv etsin. Verilən penaltinin düzgün olduğunu düşünürəm”.
Final qarşılaşması haqqında isə təcrübəli mütəxəssis deyib: “Azərbaycan kubokunun finalında bir-biri üçün “ölən” komandalar qarşılaşacaq. “Xəzər Lənkəran” bizə qalib gəlsə, onların qarşısında baş əyərəm. Onlar heç zaman zəif komanda olmayıb. Ona görə oyuna ciddi hazırlaşacağıq. Güclü olanın qazanmasını istəyirəm”.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"