“Oyunun asan keçməyəcəyini bilirik. Amma biz oyuna üstün tərəf kimi yollanırıq. Çox ciddi hazırlaşmışıq. “Qarabağ”a qalib gəlməyə gedirik. İnanıram ki, finala biz çıxacağıq. Bütün futbolçularımızda inam var”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Qarabağ” qarşı keçirəcəkləri görüş haqda danışarkən deyib.
“Neftçi”də olduğum müddətdə heç vaxt müdafiə futbolu oynamamışıq. Udsaq da, uduzsaq da həmişə hücum futbolu oynamışıq. Bu gün də müdafiə olunmaq fikrimiz yoxdur. Baxmayaraq ki, birinci oyunda 2:1 hesabı ilə qalib gəlmişik və bu hesab bizi qane edir, yenə də ənənəvi olaraq hücum futbolu nümayiş etdirəcəyik” – deyə o qeyd edib.
E. Yunuszadə “Qarabağ”ın iki əsas oyunçusunun bu görüşdə iştirak etməyəcəyinə də münasibət bildirib: “Admir Teli və Ansi Aqolli “Qarabağ” üçün çox vacib oyunçulardır. Amma biz “Qarabağ”ı bu futbolçularla da məğlub etmişik. Məncə, “Qarabağ”ın heyətində onları əvəz edə biləcək futbolçular tapılar. Rəqibimizin yaxşı ehtiyat qüvvəsi var”.
“Neftçi”nin müdafiəçisi bu mövsüm dörd dəfə qarşılaşdıqları “Qarabağ”ın oyununa artıq bələd olduqlarını bildirib: “Qarabağ”ın oyunçuları da, oyun qurluşu bizə yaxşı tanışdır. Rəqibin kollektiv şəkildə yaxşı mübarizə apardığını qeyd edə bilərəm. Hansısa futbolçusunun fərdi şəkildə güclü olduğunu söyləmək olmaz”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı