AFFA-nın rəsmi saytının yaydığı xəbərdən: “Azərbaycan milli komandasının bu il daha bir yoldaşlıq oyunu keçirməsi ilə bağlı razılıq əldə olunub. Millimiz noyabrın 19-da Bişkek şəhərində Qırğızıstan yığması ilə beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək.
Bundan dörd gün öncə - noyabrın 15-də millimiz rəqib meydanında Estoniya komandası ilə yoldaşlıq oyunu keçirəcək”.
Qeyd etmək yerinə düşər ki, bu iki rəqibdən yalnız Estoniya FİFA reytinqində guya normal yerdə - 93-cü pillədə (Qırğızıstan 142-ci yerdədir) qərarlaşıb. Amma son illər AFFA-nın yürütdüyü futbol siyasəti milli komandamızı dünya siyahısında elə gülməli yerə gətirib çıxarıb ki, Estoniya kimi komandaların da bizimlə yoxlama oyunu keçirməsinə razılıq verməsinə yalnız sevinmək qalır. Azərbaycan millisi dünya reytinqində 120-ci pillədədir, daim öz qrupundan beşinci pillədən o tərəfə gedə bilməyib. Bu halda, əlbəttə, İspaniya kimi nəhəng komandanın oyunçusu bizim ayağı topa yaramayan futbolçularla qarşılaşmaq eşqi ilə Bakıya gəlməz, yalnız pulun gücünə onlarla qarşılaşmaq mümkündür. Söhbət təkcə İspaniyadan getmir. Ümumiyyətlə, bu gün Avropada və dünyada özünə hörmət edən ortabab komanda belə FİFA reytinqində 120-ci yerdə olan bir milliylə yoxlama oyunu keçirməməlidir və keçirmirlər də! Elə ona görə də AFFA yoxlama oyunlarında milli komandamız üçün normal təqib tapa bilmir, gedib Hindistan, Fələstin... kimi futbol ənənəsi olmayan ölkələrin komandasıyla qarşılaşır.
Bunda da günahkar yenə də elə federasiyanın özüdür. Çünki milli komandayla bağlı bu günə qədər elə bərbad siyasət aparılıb ki, dövlət tərəfindən futbola bu qədər sərmayə qoyulmasına baxmayaraq, hələ də adımız futbol dəftərində olmayanlarla bir sıradadır. Yeri gəlmişkən, məsələnin ən biabırçı tərəfi isə odur ki, hətta Hindistan və Fələstin kimi komandalara da qalib gələ bilmirik.
Növbəti rəqibimiz Qırğızıstandır. Bundan sonra Azərbaycan millisi 2013-cü il üçün çıxışları yekunlaşdırıb artıq 2014-cü il üçün yeni rəqib axtarışına çıxacaq. Amma FİFA reytinqində sonlarında yarışan komandaların çoxusu ilə qarşılaşmışıq. Bu mənada, yəqin ki, AFFA rəhbərliyi yeni rəqib axtarışına çıxacaq. Bəs bu dəfə rəqib kim olacaq?
Yəqib ki, AFFA bu dəfə də FİFA reytinqində 204-cü yerdə qərarlaşan Cibuti millisini rəqib seçəcək. Bəlkə heç olmasa onlara qalib gələ bildik. Axı, onsuz da AFFA-nın, millinin baş məşqçisi Berti Foqtsun istəyi yoxlama oyunlarında futbolçuları sınaqdan çıxarmaqdan daha çox qələbə qazanıb reytinqə xal yığmaq istəyidir.
Ona görə də bu dəfə Cibuti millisi ən ideal seçim ola bilər.
Uğur olsun.
GÜNDÜZ
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı
İspan klubu “Qarabağ”ın şikayəti əsasında cərimələndi
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
"Şimal" və "Bakı Sportinq"dən qələbə, Mingəçevirdə heç-heçə
"Real" Vinisiusla bağlı qərar verdi
Balotelli ərəb klubuna keçə bilər
Ronaldo adada 2 villa aldı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Kişi şahmatçılarla qarşılaşmaq daha maraqlı ola bilər"
Kenan Yıldız İngiltərə nəhənglərinin hədəfində
"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var
Millimizin üzvləri şagirdlərlə görüşdü
2-ci liqanın bombardirləri açıqlandı
Murad Musayev Rusiyada ilin məşqçisi seçildi
Braziliya millisinin üzvünün yeni klubu məlum oldu
"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı
İngiltərə Kubokunun yarımfinalçıları
“Atletiko” Dieqo Simeone ilə müqaviləni uzatmağı düşünür
"Beşiktaş" "Fənərbaxça"ya belə qalib gəldi - Video
İstanbul derbisini qonaqlar qazandı
Millimizin üzvü qırmızı vərəqə aldı
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib