Bu gün Azərbaycan kubokunun finalçıları məlum olub.
Qol.Az-ın məlumatına görə, yarımfinal mərhələsinin ilk cavab oyununda “Xəzər Lənkəran” “Bakı”nı qəbul edib və 2:0 hesabı ilə qalib gələrək ilk finalçı adını qazanıb.
“Qarabağ” – “Neftçi” oyununa isə maraq daha çox olub. Bu komandaların son vaxtlar bir neçə dəfə qarşılaşmaları və prinsipiallığın artması oyuna marağı daha da artırırdı. İlk oyunda “Neftçi”nin qonağı olan “Qarabağ” səfər meydanında qapısından iki qol buraxsa da, bir qol vurmağı bacarmışdı.
Təkrar matçda "Neftçi" hesabda geri düşsə də,sonradan iki qol vurub. "Qarabağ" isə bu qollardan birinin əvəzini çıxıb.
Beləliklə, "Neftçi" iki oyunun nəticəsinə əsasən (2:1, 2:2) finala vəsiqə qazanıb.
Mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq həlledici oyunda "Neftçi" ilə onun əzəli rəqibi "Xəzər Lənkəran" qarşılaşacaq.
Azərbaycan kuboku, yarımfinal, cavab oyunları
24 aprel
21:00. "Qarabağ" - "Neftçi" - 2:2
Qollar: Riçard Almeyda, 41-pen (1:0), Elvin Yunuszadə, 42 (1:1), Nikolas Kanales, 76 (1:2), Emeka Opara, 86 (2:2)
İlk oyun 1:2
Tofiq Bəhramov adına Respublika stadionu
19:00. "Xəzər Lənkəran" - "Bakı" - 2:0
Qollar: Ağabala Ramazanov, 45+1 (1:0), Rahid Əmirquliyev, 81 (2:0)
Baş hakim: Elçin Məmmədov
İlk oyun 0:1
Lənkəran şəhər mərkəzi stadionu
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video