Almanlar dedi ki, atalar dörddən deyib

Almanlar dedi ki, atalar dörddən deyib
GÜNDƏM 25 Aprel 2013 / 01:38 9453
-  A +

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

Qol.Az-ın məlumatına görə, yenə alman və ispan klubları qarşılaşıb.  Dortmund “Borussiya”sı  “Real” klubunu qəbul edib. İlk dəqiqələrdən oyuna yaxşı başlayan Almaniya təmsilçisi 8-ci dəqiqədə Levandovskinin qolu ilə hesabı açıb. Daha sonra pokerə imza atan polşalı hücumçu komandasına 4:1 hesablı qələbə qazandırıb. Bir gün əvvəl isə digər alman təmsilçisi "Bavariya" İspaniyanın "Barselona" klubunu 4:0 hesabı ilə məğlub etmişdi. Bu isə tək "Borussiya"nın Kral klubu üzərində qələbəsi yox, Almaniya futbolunun İspaniya futbolu üzərində qələbəsi deməkdir. Artıq demək olar ki, İspaniya futbol dönəmi yerini Almaniyaya verir.

Qeyd edək ki, cavab oyunu aprelin 30-u "Santyaqo Benabeu"da baş tutacaq


Çempionlar Liqası, yarımfinal, ilk oyunlar


24 aprel

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Real" (İspaniya) - 4:1 
Qol:
Levandovski, 8 (1:0), 50 (2:1), 55 (3:1), 67-pen (4:1), Ronaldo, 43 (1:1)
23 aprel

23:45. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 4:0 
 

Daha çox


Son xəbərlər