“Bilirik ki, sabah bizi gərgin oyun gözləyir. İlk oyunda hesabda irəli düşsək də, sonda məğlub olduq. Buna baxmayaraq, səfərdə bir top vuraraq ikinci oyuna şansımızı artırdıq. Sabahkı matçın daha gərgin olacağını gözləyirəm”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev ölkə kubokunun yarımfinalının cavab qarşılaşmasında sabah “Neftçi”yə qarşı keçirəcəkləri oyun haqda fikirlərini bildirərlən deyib.
F. Vəliyev komandada olan itkilərdən və bunun komandaya mənfi təsirindən də danışıb: “Son turda səfərdə “Bakı” ilə qarşılaşdıq. Qalib gəlsək də, həmin oyunda əsas oyunçularımızdan Admir Teli və Ansi Aqolli zədələndi. Sabahkı oyunda yəqin ki, komandamıza kömək edə bilməyəcəklər. Bu futbolçular Albaniya millisində oynayan oyunçulardır. Uzun müddətdir ki, komandamızın əvəzolunmaz futbolçularıdır. Əlbəttə ki, onların yeri görünəcək. Hər bir futbolçunun başına gələn hadisədir. Çalışacağıq ki, sabahkı oyunda onların yoxluğu bilinməsin. Onların əvəzinə oynayan futbolçularımız da var. Əlimizdən gələni edəcəyik ki, komandamız müsbət nəticə qazansın. Bu müdafiəçilərimizin yoxluğu “Neftçi”nin nə dərəcədə işinə yarayacağı oyunda bilinəcək. Amma indidən bilirik ki, belə oyunçuların yoxluğu bizə mənfi təsir edəcək”.
Təcrübəli qapıçı penaltilər seriyasının olma ehtimalına da toxunub: “Düşünürəm ki, oyundan hər şey gözləmək olar. Belə görüşlərdə oyunun əsas vaxtında qalibin müəyyənləşməməsi çox olub. Biz də buna hazır olmalıyıq. Sabahkı oyunda qapıda kimin olacağını hələ bilmirik. Amma biz qapıçılar da ciddi hazırlaşırıq. Penaltilər seriyası üçün də mütamadi hazırlaşırıq. Əgər sabah qapını qorusam, komandamın qələbəsi üçün əlimdən gələni edəcəyəm”.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb