Böyük Britaniyanin paytaxtı Londonda "Heydər Əliyev kuboku – 2013” beynəlxalq mini futbol turniri çərçivəsində ölkə üzrə milli seçim turlarına start verilib. Qol.Az-ın məlumatına görə, əvvəlki illərdən fərqli olaraq, bu dəfə daha böyük miqyasda keçirilən və səkkiz ölkəni əhatə edən turniri Azərbaycanın Gənclər və İdman Nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Britaniyanın Odlar Yurdu Təşkilatı həyata keçirir. Turnirin London turu Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə reallaşıb.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnir çərçivəsində keçirilən London yarışında müxtəlif millətlərdən ibarət həvəskar komandalar güclərini sınayıblar. Yarışda iştirak edən komandaların üzvləri arasında ingilis, ispan, serb, Ukrayna, rus, Litva, Bosniya və s. dillərdə danışan futbolçular görmək mümkün idi. Turnirin açılış mərasimində çıxış edən Odlar Yurdu Təşkilatının sədri İlham Nağıyev ənənəvi "Heydər Əliyev Kuboku” beynəlxalq mini futbol turnirinin bu il Ümummilli liderin 90 illik yubileyinə həsr olunduğundan daha da geniş miqyasda keçiriləcəyini söyləyib. Turnirin Avropada Azərbaycan icmalarının əməkdaşlığının inkişafı, diaspor nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və Ümummilli lider Heydər Əliyev ideyalarının diasporanın gənc nəslinə çatdırılması baxımından xüsusi rolu olduğunu vurğulayıb. Təşkilat rəhbəri diqqəti komandaların milli tərkibinə yönəldərək belə bir turnirin Azərbaycanın tolerantlıq mədəniyyətini bir daha göstərdiyini deyib. Bundan sonra turnir çərçivəsində oyunlara start verilib.
Turnirin yalnız həvəskar gənclər arasında keçirildiyini nəzərə alaraq, gərgin mübarizə şəraitində keçən oyunlarda iştirak edən müxtəlif komandaların üzvləri peşəkar futbolçulardan heç də geri qalmadıqlarını göstəriblər. Sonda Bosniyadan olan komanda xal hesabı ilə qalib gələrək, turnirin ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində Bakıda keçiriləcək “Böyük Final” mərhələsinə vəsiqə qazanıb. İlk 3 yeri tutan komandalara medallar, qalib komandaya “Heydər Əliyev Kuboku” təqdim olunub. Turnirdən məğlub olan komandalar da əliboş qayıtmayıb, onlara həvəsləndirici hədiyyələr təqdim edilib. Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov turnirin əhəmiyyətindən danışaraq, onun səfirlik və Odlar Yurdu Təşkilatı tərəfindən 2008-ci ildən etibarən ardıcıl olaraq 6 ildir ki keçirildiyini və ənənə halını alan “Heydər Əliyev Kuboku”nun Azərbaycanın dünyada tanıdılması işində böyük rolu olduğunu vurğulayıb. Çıxışının sonunda səfir gənclərə Ulu Öndərin Azərbaycan dövləti və millətinə verdiyi böyük töhfələri xatırladıb.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan turnir 8 ölkədə- Böyük Britaniya, Almaniya, Avstriya, Cexiya, Rumıniya, Litva, Ukrayna və Rusiyada keçirilir. Hər bir ölkədə 8 komanda öz aralarında yarışır və qalib komanda Bakıya gələrək “Böyük Final” oyununda iştirak hüququ qazanır. “Böyük Final”ın mayın ikinci yarısı keçirilməsi nəzərdə tutulur.
Yuxarı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu
“Messi son dərəcə təxribatçı davranırdı"
Maldininin yeni iş yeri bilindi - Rəsmi
Yusif Avropa çempionu oldu
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər