İnyesta: “Mourinyonun nə edəcəyi vecimə deyil”

İnyesta: “Mourinyonun nə edəcəyi vecimə deyil”
GÜNDƏM 20 Aprel 2013 / 15:48 3294
-  A +

“Barselona”nın futbolçusu Andres İnyesta əzəli rəqibləri olan “Real”ın baş məqşçisi Joze Mourinyo haqqında danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, portuqaliyalı mütəxəssisin mövsümün sonunda Madrid klubundan ayrılıb-ayrılmayacağı ilə maraqlanmadığını deyib. İspaniyalı futbolçu qeyd edib ki,  bu sür söhbətlər nə onun, nə də komanda yoldaşlarını maraqlandırır: “Mourinyonun nə edəcəyi vecimə deyil. Məni maraqlandıran tək şey Çempionlar Liqasının finalında oynamaqdır. Bunun üçün də ölüm-dirim mübarizəsi aparacağıq. “Real” tərəfdarlarına ümid belə verməyəcəyik”.

Xatırladaq ki, "Barselona" ÇL-in yarımfinalında "Bavariya" ilə aprelin 23-də oynayacaq.

Daha çox


Son xəbərlər