Bakının “Neftçi” klubunun futbolçusu Nikolas Kanales Azərbaycan çempionatları tarixinə düşüb. Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, çilili hücumçu 1992-ci ildən start götürən ölkə birincilikləri tarixində 1 mövsümdə ən çox qol vuran legioner olub.
Kanales Topaz Premyer Liqanın XXV turunun “Qarabağ”la oyununda fərqlənməklə vurduğu qolların sayını 21-ə çatdırıb. O, bu qolla “Kəpəz”in gürcüstanlı legioneri Badri Kvaratsxeliyanı arxada qoyub.
Fevralın 23-də XXI turun “İnter”lə oyununda qol vurmaqla 20-yə çatan Kanales sonrakı 3 matçda qol həsrəti yaşamışdı. Kvaratsxeliya ilə şərikli rekordu 42 gün sürən çilili mütləq rekordunu ilk “altılığ”ın 3-cü turunda rəsmiləşdirdi.
Azərbaycan çempionatında 1 mövsümə ən çox qol vuran 5 futbolçu bunlardır:
1. Nikolas Kanales (Çili, "Neftçi") - 2012/13 mövsümü - 25 oyun, 21 qol
2. Badri Kvaratsxeliya (Gürcüstan/Azərbaycan, "Kəpəz") - 1997/98 - 22, 20
3. Georgi Adamiya (Gürcüstan, "Qarabağ") - 2010/11 - 30, 18
4. Oqtay Dərəlioğlu (Türkiyə, "Xəzər Lənkəran") - 2004/05 - 21, 17
5. Valter Quqlemon (Uruqvay, "İnter") - 2008/09 - 24, 17
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı