Aykut Kocaman: "Tarix yazmaq istəyirik"

Aykut Kocaman: "Tarix yazmaq istəyirik"
GÜNDƏM 11 Aprel 2013 / 00:55 1962
-  A +

“İlk matçda 2:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq,  rəqibə zəif gözlə baxmırıq. Əldə etdiyimiz bu üstünlüyü cavab qarşılaşmasında da qoruyub, yarımfinala çıxaraq tarix yazmaq  istəyirik”

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman UEFA Avropa Liqasının 1/4 finalında “Latsio” ilə cavab matçı öncəsi keçirilən mətubat konfransında deyib.

Türkiyəli mütəxəssis “Qalatasaray” – “Real matçını nümunə gətirərək hər bir nəticəni dəyişdirməyin mümkünlüyünü vurğulayıb.

Baş məşqçi rəqibin öz meydanında azarkeşlər olmadan oynayamalarına da münasibət bildirib: ”Bütün matçlara fikir versək görərik ki, öz meydanında oynayan klublar daha çox uğur əldə edir. Burada isə ən önəmli faktor azarkeşlərdir. Rəqibin azarkeşsiz oynaması bizim üçün bir üstünlük  olacaq”- deyə Kocaman bildirib.

Qeyd edək ki, "Latsio" - "Fənərbaxça" arasında cavab qarşılaşması aprelin 11-i baş tutacaq.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu