Ronaldo "Qalatasaray"la oyundan danışdı

Ronaldo "Qalatasaray"la oyundan danışdı
GÜNDƏM 10 Aprel 2013 / 03:14 5088
-  A +

“Real”ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/4 finalında “Qalatasaray”la cavab oyunundan (2:3) sonra açıqlama verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu çox çətin matç keçdiyini deyib: “Amma buna baxmayaraq, istədiyimiz nəticəni qazandığımız üçün xoşbəxtik.  “Qalatasaray” yaxşı oyun nümayiş etdirdi. Ancaq biz də lazımsız yerə özümüzə çətinliklər yaratdıq. Bu qarşılaşma bundan sonrakı oyunlarımız üçün örnək olacaq".

Qeyd edək ki, “Real” cavab qarşılaşmasında məğlub (2:3) olsa da, ilk oyunun nəticəsinə (3:0) görə, yarımfinala vəsiqə qazanıb.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə