Fatih Terim: "Dünyanın ən güclü komandasını məğlub etdik"

Fatih Terim: "Dünyanın ən güclü komandasını məğlub etdik"
GÜNDƏM 10 Aprel 2013 / 02:45 3723
-  A +

"Qalatasaray”ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının 1/4 finalının cavab oyununda “Real” üzərində qələbədən (3:2) sonra açıqlama verib.

Qol.Az-ın “Ntvspor”-a istinadən yaydığı xəbərə görə, baş məşqçi dünyanın ən güclü komandasını məğlub etdiklərini deyib: “Növbəti mərhələyə keçməsək də, dünyanın bizə hörmət etməsinə səbəb olduq.  Buna görə də futbolçularıma təşəkkür edirəm. Bü gün bütün “Qalatasaray”lıların qürür duyacağı bir oyun nümayiş etdirdik. Verdiyim sözü yerinə yetirdiyim üçün çox xoşbəxtəm”.

Türkiyəli mütəxəssis ikinci hissədə möhtəşəm oynadıqlarını deyib: "Fasiləni ən yaxşı şəkildə istifadə edən baş məşqçilərdən biriyəm. Bir dəyişiklik edərək Ambaratı oyuna saldıq. Sistem və oyun fəlsəfəsində dəyişiklik oldu.  Hesab 3:1 olanda növəbi tura keçmək şanslarımız artdı. Droqbanın vurduğu qol ofsayt olmasaydı, yarımfinala çıxa bilərdik. Biz yalnız növbəti mərhələyə keçə bilmədik, ancaq matçı qazandıq”.

Qeyd edək ki, "Qalatasaray" bu oyunda 3:2 hesabə ilə qalib gəlməsinə baxmayaraq, ilk oyunda 3:0 hesablı qələbəyə sevinən "Real" növbəti yarımfinala adlayan tərəf olub.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə