Mourinyo: "Qalatasaray" ÇL-dan qürurla ayrıldı"

Mourinyo: "Qalatasaray" ÇL-dan qürurla ayrıldı"
GÜNDƏM 10 Aprel 2013 / 02:34 3944
-  A +

“Real”ın baş məşqçisi Joze Mpurinyo Çempionlar Liqasının 1/4 finalının cavab oyununda “Qalatasaray”a məğlubiyyətdən (2:3) sonra açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə,  Türkiyənin “Ntv Spor” kanalına danışan baş məşqçi çox maraqlı bir oyun keçdiyini deyib: “İlk hissədə üstünlük bizdə olsa da, ikinci hissədə “Qalatasaray”  fantastik dönüş etdi. Çox güclü oyun nümayiş etdirdilər. Psixoloji cəhətdən də  bizdən üstün idilər. Qalib gəlmək üçün hər şey etdilər. Biz yalnız hesab 3:1 olandan sonra təkrar öz oyunumuzu nümayiş etdirməyə başladıq”.

Portuqaliyalı mütəxəssis rəqibin qələbəyə layiq olduğunu bildirib: “Qalatasaray" bu gün bizi məğlub etdi və oyundan qürurla ayrıldı. Buna görə də, qarşılaşmadan sonra onları bu qələbə münasibəti ilə təbrik etdim”.

Qeyd edək ki, "Qalatasaray" cavab qarşılaşmasında 3:2 hesabı ilə qalib gəlsə də, ilk matçdakı məğlubiyyətə (0:3) görə, növbəti mərhələyə keçə bilməyib.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə