UEFA almaniyalı hakim Volfqanq Ştarkı mövsümün sonuna qədər avrokubokların oyunlarını idarə etməkdən kənarlaşdırıb. Qol.Az-ın məlumatına görə, Pyerluici Kollinanın rəyi ilə qurumun Hakimlər Komitəsi bələ qərar verib. Müəyyən edilib ki, Volfqanq Ştark Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə “Barselona” arasında baş tutan ilk görüşündə üç ciddi səhvə yol verib.
Konkret olaraq, hakim Xordi Alba Xavyer Maskerano ilə toqquşarkən oyunu davam etdirib. Sonra isə o, hər iki oyunçunun meydandan çıxmasını tələb edib. Halbuki mövcud qaydalara əsasən, bir komandanın iki və ikidən çox futbolçusu zədə alırsa, bu zaman həkimlər onlara meydanın içində tibbi yardım göstərməlidir. Nəhayət, Alba və Maskerano meydana künc xəttindən daxil olublar, halbuki onlar yan xəttədən oyuna girməliydilər. UEFA hakimin məhz bu üç epizodda səhvə yol verdiyini əsas tutaraq Ştarkı cəzalandırıb.
Xatırladaq ki, Kataloniya klubu Ştarkın cəzalandırılması ilə əlaqədar UEFA-ya müraciət etmişdi.
Qeyd edək ki, Ştark Avropanın ən nüfuzlu hakimlərindən sayılır. O, cari Çempionlar Liqasının finalını idarı etməyə əsas namizədlərdən sayılırdı.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı