“Qalatasaray”ın baş məşqçisi Fatim Terim Çempionlar Liqasının 1/4 finalında “Real”la cavab matçı öncəsi açıqlamalar verib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş məşqçi futbol da hər şeyin ola biləcəyini və növbəti mərhələyə keçmək üçün az da olsa şanslarının qaldığını deyib: “Amma unutmaq lazım deyil ki, rəqibimiz “Real”dır. Onlara qarşı istədiyimiz nəticəni əldə etmək bizim üçün çətin olsa da, əlimizdən gələni edəcəyik".Türkiyəli mütəxəssis futbolçusu Burakın cavab matçında oynaya bilməməsinin komanda üçün ən böyük itki olduğunu bildirib: “Burakın ilk matçda yıxıldığı epizod fərqli dəyərləndirilsəydi, bəlkə də o zaman başqa şeyler danışa bilərdik. O, bu matçda oynasaydı, Ronaldonun qol krallığına çata bilərdi. Amma hakim də insandır. Onlar da səhv edə bilər”.
“Qalatasaray”ın bu mövsümkü hədəflərinin reallaşdırdıqlarını deyən Terim ÇL-də hazırkı pillədə olmağın çox böyük uğur olduğunu vurğulayıb: “Real” dünyanın ən yaxşı klublarından biridir. Amma biz onlara qarşı da yaxşı oynamağa çalışdıq. Sabahkı oyunda bunu bir daha nümayiş etdirəcəyik. “Real”la qarşılaşmaq üçün bu səviyyəyə gəlmək lazımdır. Buna görə də, bizim ortaya qoyduğumuz iş çox önəmlidir. Avropadakı əsas hədəflərimiz ən üst pillələrdə olmaqdır və bu məqsədimiz heç zaman dəyişməyəcək”.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı