Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki dramatik qarşılaşma baş tutub. Dortmund "Borussiya" öz meydanında "Malaqa"nı qəbul edib. İlk qarşılaşmaları 0:0 hesabı ilə bitən bu komandaların oyununda qapılara beş qol vurulub. Görüşün 90-cı dəqiqəsinə qədər 1:2 hesabı ilə məğlub olan Dortmund təmsilçisi inanılmaz əzmkarlıq göstərərək 90+1 və 90+2-ci dəqiqələrdə daha iki qol vuraraq yarımfinala vəsiqə qazanıb.
Digər matçda Madridin "Real" klubu "Qalatasaray"ın qonağı olub. İlk oyunda rəqibinə 0:3 hesabı ilə uduzan "Qalatasaray"ın növbəti mərhələyə keçmək şansları az görünürdü. Lakin "Cimbom"un ispanlara rahat təslim olmayacağı şübhə doğurmurdu. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda "Qalatasaray" rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Lakin ilk oyunun nəticəsinə görə yarımfinala "Real" çıxıb.
Çempionlar Liqası, 1/4 final, cavab oyunları
9 aprel
23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Malaqa” (İspaniya) - 3:2
Qollar: Xuakin Sançes, 25 (0:1), Levandovski, 39 (1:1),Eliseu, 82 (1:2), Reus, 90+1 (2:2), Santana, 90+3 (3:2)
İlk oyun 0:0
23:45. “Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya) - 3:2
Qollar: Ronaldo, 8 (0:1),90+3 (2:3) Ebue, 57 (1:1), Sneyder, 71 (2:1), Droqba, 72 (3:1)
Qırmızı vərəqə: Arbelo, 90 ("Real")
İlk oyun 0:3
"Qalatasaray": Fernando Muslera, Emmanuel Ebue, Semih Kaya, Albert Riera, Gökhan Zan, Felipe Melo, Həmid Altıntop, Uelsli Sneyder, Səlcuk İnan,Didye Droqba, Ümid Bulut
“Real": Lopes, Esyen, Varan, Koentrau,Xedira, Özil, Pepe, Di Maria, Modric, Ronaldo, İquain
10 aprel
23:45. “Barselona” (İspaniya) – PSJ (Fransa)
23:45. “Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya)
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı