Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev hesab edir ki, Topaz Premyer Liqanın 25-ci turunda baş tutan "Neftçi" - "Qarabağ" oyununda son günlər qalmaqala səbəb olan epizodda penalti var idi.
"AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla müzakirələrimiz oldu. O, həmin epizodda penaltinin olduğunu təsdiqlədi", - deyə R.Musayev “Trend”ə bildirib.
R.Musayev deyib ki, futbolda qalmaqalın yaranması təbiidir: "Futbolda qalmaqal olmalıdır. Futbolda qalmaqal olmasa, maraq olmaz, qalmaqalın olması yaxşıdır, bəlkə bundan sonra azarkeşlər futbola gələrlər, canlı görərlər.
"Neftçi" - "Qarabağ" oyununda nədənsə PFL-in rəhbərliyi ittiham edilir. Bu, nədən qaynaqlanır" sualını isə R.Musayev "boş verin getsin" deyərək cavablandırıb.
Xatırladaq ki, Böyükağa Hacıyev oyundan sonra keçirdiyi mətbuat konfransında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi də ittiham edib.
"Ramin Musayevin "Qarabağ"a simpatiyası var. Belə olmaz axı. Biz də Azərbaycan klubuyuq. Yad ölkədən gəlməmişik", - Hacıyev bildirib.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı