Mourinyo: "Yarımfinala çıxmaq şansımız çoxdur"

Mourinyo: "Yarımfinala çıxmaq şansımız çoxdur"
GÜNDƏM 4 Aprel 2013 / 02:50 2644
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/4 finalında “Qalatasaray”la  oyundan (3:0) sonra fikirlərini bildirib.

Qol.Az-ın ispaniya mətbuatına istinadən verdiyi məlumata görə, baş məşqçi rəqibə qarşı çox ciddi oyun nümayiş etdirdiklərini deyib: “ Buna görə də, qollar vurduq. “Qalatasaray” hesabda geridə olmasına baxmayaraq əlindən gələni etdi. Qələbəyə layiqik. Bu oyundan sonra yarımfinala çıxmaq şanslarımız çox yüksəkdir”.

Portuqaliyalı mütəxəssis cavab qarşılaşması haqqında da danışıb. O, bildirib ki, rəqibə hörmətləri sonsuzdur. “Bir oyunumuz daha var. Növbəti oyunda da rəqibə ciddi yanaşmalıyıq”.

Qeyd edək ki, "Real" - "Qalatasaray" matçı 3:0 hesabı ilə başa çatıb.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq