Fatih Terim: "Onsuz da matçın favoriti "Real" idi"

Fatih Terim: "Onsuz da matçın favoriti "Real" idi"
GÜNDƏM 4 Aprel 2013 / 02:30 3181
-  A +

Çempionlar Liqasının 1/4 finalında “Real”a 0:3 hesabı ilə məğlub olan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim oyundan sonra açıqlama verib.

Qol.Az-ın məlumatına görə, baş məşqçi belə nəticəni gözləmədiyini bildirib: “Oyuna yaxşı hazırlaşmışdıq. Belə qollar buraxacağımızı gözləmirdim.  Belə oyunlarda bu cür səhvləri azaltmaq lazımdır. Bu barədə oyunçularımla danışsam da heç nədən qollar buraxdıq. İlk hissədə qol vurmaq üçün şanslarımız oldu. İkinci hissədə isə daha çox qol vəziyyətləri yaratdıq”.

Hakim haqda da danışan mütəxəssis qeyd edib: “Real”ın hakim köməyinə ehtiyacı yoxdur. Amma bəzi epizodlarda hakim səhvə yol verdi. Hər halda "Real"ın adından qorxdu. Onu deyə bilərəm ki, belə matçları idarə edəcək səviyyədə deyil. Təbii ki, matçın nəticəsi hakimdən asılı olmadı. Ümumilikdə  oyunu yaxşı idarə etdi. Onsuzda matçın favoriti “Real” idi. İlk hissədə vuracağımız qollar hər şeyi dəyişdirə bilərdi. İkinci oyunda da mübarizə aparacağıq. Amma “Real” növbəti mərhələyə keçməyə yaxındır. 3:0-lıq hesabdan sonra bu komanda ilə oynamaq asan deyil. Oyunçularımız əlindən gələni etdi”.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq