Mourinyo: "Qalatasaray"a hörmətlə yanaşırıq"

Mourinyo: "Qalatasaray"a hörmətlə yanaşırıq"
GÜNDƏM 3 Aprel 2013 / 02:50 2263
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyo ÇL-in 1/4 finalında qarşılaşacaqları “Qalatasaray”la oyundan əvvəl keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, baş məşqçi əvvəlcə komandasından danışıb: “Heyətimizdə iki 9 nömrəmiz var. Hansını oynadacağımı hələ bilmirəm. İquain “Mançester Yunayted” matçında yaxşı çıxış etdi. Mənə futbolçularımın qol vurmağından çox oyunu lazımdır. Biz bu oyunda elə nəticə qazanmalıyıq ki, İstanbuldakı oyuna rahatlıqla çıxaq”.

Rəqibdən də danışan portuqaliyalı mütəxəssis bir neçə futbolçunu xüsusi qeyd edib: “Qalatasaray”a hörmətlə yanaşırıq. Amma hədəfimiz daha irəli getməkdir. Bilirik ki, rəqibimiz də bunu istəyir. “Qalatasaray”ın çox güclü bir baş məşqçisi var. O, komandanı bu yerə qədər gətiribsə, bu oyunda da qalib gəlmək üçün ən yaxşı seçimi edəcək. Terim mənim dostumdur. Rəqibdə çox təhlükəli oyunçular var. Bu futbolçulardan ehtiyatlı olmalıyıq. Droqba, Sneyder və Burak hər bir komandaya yaxşı tanışdır. Bunlar haqda şərh vermək artıqdır”.

Qapıçı məsələsinə də toxunan baş məşqçi qeyd edib: “Kasilyas məşqlərini davam etdirir. Hazır olan kimi meydana çıxacaq. Birinci qapıçımız zədəli olanda ikinci onu əvəzləyə bilir. Ona görə də Kasilyasa ehtiyacımız yoxdur”.

Son vaxtlar azarkeşlərlə münasibəti yaxşı olmayan baş məşqçi bu barədə də danışıb: “Azarkeşlər haqda bir şey demək istəmirəm. Komandaların dəstəkləmək istəsələr stadiona gəlsinlər. Dəstəkləməyən gəlməsin. Bizim hər oyunçumuz meydana qələbə üçün çıxır. Əhəmiyyətli olan da budur”.

Mourinyo türk azarkeşlər haqda da fikir bildirib: “Stadionda türk azarkeşlərinin çox olması bizi narahat etmir. Amma İstanbulda vəziyyət dəyişə bilər”. 

Daha çox


Son xəbərlər
23.07.25  14:39

Ferqyuson "Roma"da

23.07.25  10:17

"Sumqayıt"da ayrılıq