“Rəqibimizin kim olduğunu çox yaxşı bilirik. Amma biz də bura qədər az iş görməmişik. Ümid edirəm ki, bu mərhələdə də yaxşı oyunumuzla yadda qalacağıq. ÇL-da özümüzü sübut etmişik. Bu iki oyunda da futbolçularımızn çəkinmədən mübarizə aparacağına əminəm. Nəticə nə olursa olsun bizim bura qədər gəlməyimiz özü böyük uğurdur”.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Fatih Terim ÇL-in 1/4 finalında “Real”la qarşılaşacaqları oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Baş məşqçi ÇL-da ən çətin rəqiblə üzləşəcəklərini bildirib: “Real” xüsusilə “Bernabeu”da inamlı çıxışı ilə çox qələbələr eldə edib. Püşkatmada bəxtmiz gətirmədi. Etiraf edirəm ki, digər yeddi baş məşqçinin yerində olsam, mən də “Qalatasaray”la düşmək istəyərdim. Amma bunun bizim nə istədiyimizə hansı hədəflərimizin olmasına təsiri ola bilməz. Futbolda hər bir nəticə olur. Heç vaxt oyun qabağı təslim olmamışıq. Çətin görünən nəticələr qazanmağa qadirik. “Real”a hörmət edirik. Ancaq biz də hörmət olunacaq qədər işlər görmüşük”.
Oyunçularına güvəndiyini deyən təcrübəli mütəxəssis qeyd edib: “Komandama çox güvənirəm. “Mançester Yunayted”lə bir qrupdan çıxdıq. Daha sonra “Şalke” səddini keçdik. Bu, hər bir çətinliyi keçə bilməyimizdən xəbər verir. "Real"la oyunda yaxşı mübarizə edən, meydanda sürətli bir “Qalatasaray” görəcəksiniz. Bəlkə də, öz meydanımızdakı oyun bizim üçün daha çətin olacaq. Ona görə də hər iki oyuna çox ciddi yanaşmalıyıq”.
Rəqibin baş məşqçisindən də danışan F.Terim Mourinyo ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb. “Mourinyo ilə köhnə dostluğumuz var. “Qalatasaray”ın oyununu izləməyə gələndə mən də onu qarşılamağa getdim. İki dost kimi söhbət etdik. Nə danışdığımız həm türk, həm də ispan mətbuatını çox maraqlandırır. Amma nədən danışmadığımızı deyərəm, nədən danışdığımızı yox”.
F.Terim məğlub olmaqdan qorxmadıqlarını vurğulayıb: “Bəzən müdafiə olunmaq istəməsən də, rəqib buna məcbur edir. Öz oyunumuzu oynayıb istədiyimiz nəticəni qazanmağa çalışacağıq. Amma “Bernabeu”da “Real”a qarşı oynamaq asan deyil. Əgər məğlub olsaq, bu heç kim üçün sürpriz olmayacaq. Amma qalib gəlsək hamı üçün sürpriz olacaq. Hər bir komandanın ən pis cəhəti uduzmaqdan qorxmağıdır. Bu isə bizdə yoxdur. Gücümüz nəyə çatırsa onu edəcəyik. Uduzmaqdan qorxmuruq. Səkkiz güclü klub arasında olmaq bizim üçün artıq uğurdur”.
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu
“Messi son dərəcə təxribatçı davranırdı"
Maldininin yeni iş yeri bilindi - Rəsmi
Yusif Avropa çempionu oldu
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər