Fransa PSJ-sinin yarımmüdafiəçisi Devid Bekhem gələn həftə UEFA Çempionlar Liqasının 1/4 qarşılaşacaqları “Barselona” haqda fikirlərini bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ingilis futbolçu “Barselona”nın tarixin ən yaxşı komandası olduğunu söyləyib. Bununla belə, o, Kataloniya təmsilçisini keçmək gücündə olduqlarını bildirib.
D.Bekhemin sözlərinə görə, Parisdə baş tutacaq ilk qarşılaşmada yaxşı nəticə qazanmaq istəyirlər: “Bizə çox çətin olacaq. “Milan”a uduzduqdan sonra çoxları “Barselona”nın mübarizəni dayandıracağını düşünsə də, bunun əksi oldu. “Barselona” təkcə superulduzlardan ibarət deyil. Onlar əsl komandadır. Bəlkə də tarixin ən yaxşı komandası”.
Bekhem qeyd edib ki, PSJ-də qarşıdakı oyunu udmaq gücündə olan futbolçular var: “PSJ möhtəşəm komandadır, bu turnirdə sona qədər getməyə gücü var”.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı