Kaka: "Qalatasaray" məni istəyirdi"

Kaka: "Qalatasaray" məni istəyirdi"
GÜNDƏM 29 Mart 2013 / 18:18 3584
-  A +

“Real”ın futbolçusu Kaka ÇL-ın 1/4 finalında qarşılaşacaqları “Qalatasaray” haqqında maraqlı açıqlama verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu “Qalatasaray”ın ona transfer təklifi etdiyini bildirib: “Qalatasaray” mövsümün əvvəlində məni heyətinə qatmaq istədi. Ancaq şərtlərdə razılığa gələ bilmədik. Deməli, qismətimdə transfer olmaq yox, indi onlara rəqib olmaq var imiş. ÇL-nı qalibi olmağı çox istəyirik. Daha çox oynamaq və komandama fayda vermək arzusundayam. Getdikçə əvvəlki formama qayıdıram. Rəqibimizə gəlincə isə, bəziləri “Qalatasaray”ı zəif hesab edir. Ancaq bu, çox yanlış fikirdir”.

Kaka eyni zamanda “Qalatasaray”ın güclü futbolçularının olduğunu vurğulayıb: “Rəqibimizin Droqba və Sneyder kimi özünü dünya futbolunda tanıtmış oyunçuları var. Baş məşqçi Fatih Terimi də İtaliyadan tanıyıram. Belə bir rəqibi kiçiltmək hər bir komandaya baha başa gələ bilər.  Buna görə də oyuna çox ciddi hazırlaşacağıq. Kuboku qazanmaq istəyiriksə, “Qalatasaray” səddini keçməliyik”. 

Daha çox


Son xəbərlər