“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Benjamin Toşak hazırda Londonun “Arsenal” klubuna məxsus olan Andrey Arşavini komandasına dəvət edib.
Qol.Az-ın məlumatına görə, bu sensasiyalı xəbəri İngiltərənin “Daily Mail” qəzeti yayıb.
Hələlik Rusiya millisinin sabiq kapitanının bu təklifə münasibəti bəlli deyil. Brtitaniyalı jurnalistlər isə hesab edir ki, Arşavin Londonda qalacaq. Onlarlın fikrincə, rus futbolçu əsas heyətinə düşməkdə çətinlik çəkdiyi “Arsenal”ı bu mövsümün sonu, klubla müqaviləsi başa çatandan sonra tərk edəcək.
İngiltərənin "Metro" nəşri isə yazıb ki, Arşavin Avropada çox da tanınmayan klublardan birindən həftəsi 100 min funt-sterlinq (təqribən 120 min manat) olmaqla təklif alıb. Lakin o, klubun adını açıqlamayıb. Bununla belə, İngiltərə mətbuatı həmin klubun "Xəzər Lənkəran" olduğunu iddia edir.
Xatırladaq ki, cari mövsümdə Arşavin “Arsenal”ın heyətində cəmi bir dəfə meydana çıxıb. “Çelsi” ilə yanvar ayındakı qarşılaşmada o, 16 dəqiqə meydanda olub.
Qeyd edək ki, 31 yaşlı futbolçu ilə Azərbaycan klublarından birinin maraqlanması haqda ilk xəbəri ötən həftə Rusiyanın “İzvestiya” qəzeti yayıb. Məlumatda hazırda Arşavinin transfer qiymətinin 4.5 milyon avro təşkil etdiyi bildirilib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar