Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov bu gün növbəti döyüşünü keçirəcək. Qol.Az-ın məlumatına görə, "Qəbələ" boks klubunu təmsil edən F.Məmmədovun rəqibi polşalı Mariuzs Biskupski olacaq.
Berlinin “Merkur” arenasında baş tutacaq döyüşün Bakı vaxtı ilə 00.00-da başlanması nəzərdə tutulur.
Qeyd edək ki, 36 yaşlı Mariuzs Biskupski təcrübəli boksçulardan sayılır. O, bu günə qədər peşəkar rinqdə 39 döyüş keçirib, bunlardan 19-da qalib gəlib, 20-də məğlub olub. Fariz Məmmədov isə səkkiz illik fasilədən sonra bir döyüş keçirib və qələbə qazanıb.
Qeyd edək ki, bundan əvvəl F.Məmmədovun almaniyalı Boris Berqlə qarşılaşacağı gözlənilsə də, təşkilatçılar son anda rəqibi dəyişiblər.
Döyüşdən əvvəl keçirilən mətbuat konfransında Mariuzs Biskupski deyib ki, F.Məmmədun döyüş üsulunu bəyənir: “Amma mən bu döyüşün qalibi olacağam”.
F.Məmmədov isə bildirib ki, rəqibin sözlərinə əhəmiyyət vermir: “Mən onun dedikləri haqda heç düşünmək belə istəmirəm. Həmişəki kimi sözümü rinqdə deyəcəyəm”.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar