“Lüksemburq bizə uyğun rəqibdir. İnanıram ki, millimiz səfərdən qələbə ilə qayıda bilər. Buna borcludurlar. Çünki Lüksemburq məğlub ediləsi komandadır. Artıq yığmamız səfərdən xalla qayıda bilir. Səfər sindromunu qırmışıq”.
Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın üzvü Aqil Nəbiyev DÇ-2014-ün seçmə mərhələsində milli komandamızın bu gün Lüksemburqa qarşı keçirəcəyi oyun haqda danışarkən deyib.
Zədə səbəbindən millinin heyətindən çıxarılan təcrübəli futbolçu yığmamızın martın 26-da Portuqaliya ilə qarşılaşacağı oyununa da münasibət bildirib: “Portuqaliya nəinki Avropanın, dünyanın ən güclü komandalarındandır. Heyətində çox səviyyəli futbolçular var. Demək olar ki, hamısı ayrı-ayrılıqda yüksək bacarıqlı futbolçulardır. Ancaq onlara qarşı da mübarizə aparmaq lazımdır. Ən azı xal almağa çalışmalıyıq. Ancaq yenə deyirəm, Lüksemburqu udmağa borcluyuq”.
Komandamızın heyətindən də danışan “Bakı”nın oyunçusu yerli futbolçulara üstünlük vermək lazım olduğunu qeyd edib: “Son oyunlarımızda 1-2 futbolçu istisna olmaqla komandamız yerli futbolçulardan təşkil olunub. Pis oyun da alınmadı. Bizdə istedadlı futbolçu çoxdur. İndiki heyətimiz də yaxşıdır. Beri Foqts özü yaxşı bilir kimi çağırmaq lazımdır. Ancaq Araz Abdullayevi niyə çağırmayıb, bilmirəm. Son vaxtlar Araz ideal formadadır. Bunu “Neftçi”nin bizimlə oyununda da gördüm. Ancaq bu, Berti Foqtsun seçimidir. Onun öz planları var. Biz onun işinə qarışa bilmərik”.
Şvaynştayqer boşandı
Ferqyuson "Roma"da
"Sumqayıt"da ayrılıq
"Neftçi" növbəti transferini reallaşdırdı - Rəsmi
"Barselona" Reşfordu nə vaxt təqdim edəcək?
Gyökereş "Arsenal"la anlaşdı
Messi diskvalifikasiya oluna bilər
"Kəpəz" yeni transferini rəsmən açıqladı
"Azərbaycanda keyfiyyətli futbolçuların çıxış etdiyini bilirik" - "Hayduk"un futbolçusu
Qismət Alıyev: "Oyuna tam hazırıq"
Suma "Zirə"dən ayrıldı - Sadıqov təsdiqlədi
“Kəpəz”in yeni sponsoru rəsmən açıqlandı
"Səbail"dən yeni transfer
"Liverpul" və "Çelsi"nin sabiq futbolçusu vəfat etdi
"Kəpəz"dən ayrılan futbolçu bu kluba keçdi
Navasın yeni klubu məlum oldu
“Neftçi”nin Polşa klubu ilə oyununda 4 qol
“Zirə”nin yeni formaları - Şəkillər
Arnautoviçin yeni klubu açıqlandı